Saç vasitələri

Filter
Saç vasitələri haqqında

Saç üçün maska və yağlar - Saç üçün maska və yağlar saçların müalicə və bərpası üçün nəzərdə tutulmuşdur. Saç maskaları saçları qidalandırır və canlı edir. Saç üçün maskalardan zədələnmiş saçları qidalandırmaq, tökülməsinin qarşısını almaq və intensiv bərpa etmək məqsədi ilə istifadə olunur. Maskaları həftədə 1-2 dəfə sürtərək,  2-3 ay davam edən kursla növbə ilə istifadə etmək lazımdır. Problemli saçların müxtəlif növləri üçün hazırlanmış, tərkibində vitamin və digər faydalı maddələr olan maskalar mövcuddur. Tərkibinə görə saç maskaları fərqli olur. 

Saçlar üçün ampulalar - Ampuldan həftədə bir neçə dəfə olmaqla, ən azı 1-2 ay istifadə etmək lazımdır. Ampulun içindəki məhlulu yüngül massajedici  hərəkətlərlə baş dərisinə və saçların dibinə yeritmək lazımdır. Ampulun tərkibi mövcud saçların artımına stimul olmaqla yanaşı, həm də yatmış follikulları aktivləşdirir. Nəticədə saçlar daha möhkəm, sağlam, parlaq və güclü təsir bağışlayır. Əksər ampulların içində olan məhlul yalnız saçların dibinə sürtülür. Lakin onların bəzilərini saçın uzunu boyunca hər yerinə vurmaq məsləhət görülür. Yalnız saçların dibinə sürtülən ampullar baş dərisinə və tüklü follikullara təsir edərək, saçların uzanmasını stimullaşdırır. Saçların dibinə və uzunu boyunca hər yerinə vurulan ampullar isə eyni zamanda saç tellərinin bütövlüyünü, parlaqlığını və yumşaqlığını təmin edir. Ampullar sürtülmə üsullarındakı fərqlə yanaşı həm də yuyulan və yuyulmayan növlərə ayrılır. Yuyulmayan ampullar yumazdan bir qədər əvvəl saça çəkilir, quru, zədələnmiş, cansız saçlar üçün məsləhət görülür. Yuyulan ampullar saç yumazdan bir qədər əvvəl çəkilir və yağlanmaya meylli saçlara çox yaxşı təsir edir. 2-3 dəfə istifadə etdikdən sonra saçlar ipək kimi parıldayır və saçların tez uzanmasını təmin edir. Ampulların tərkibindəki saçın uzanmasına səbəb olan vitamin və digər faydalı preparatlar saçın strukturuna təsir edərək, kökünü bərpa edir və ucların haçalanmasının qarşısını alır. Bu, tənbəl saç köklərini oyadan, aktivləşdirən və saçların tökülməsinin qarşısını alan müalicəvi vasitədir. ANTİFORFORA dermatoloji  istiqamətli  ampul olub, təsiri saçın uzanmasına, kəpəklə və digər baş dərisi xəstəlikləri ilə mübarizəyə yönəldilmişdir. İNTENSİVE ampulları termik və kimyəvi təsirdən sonra qurumuş, zədələnmiş saçların bərpasına yönəlmişdir. KAYBUILD zədələnmiş, zəif və ucları haçalanan saçların bərpasına və möhkəmlənməsinə yönəlmiş uzun müddətli təsirə malik intensiv bərpadır.

Yağlar - Jojoba, günəbaxan, kokos, zeytun, arqan və makadamiya yağları saçlara qulluq üçün effektivdir. Arqan yağı saçlar üçün əsil möcüzədir. Saçın kutikulasından  daxilinə ən yaxşı sızıb keçə bilən kokos və avokado yağlarını saçın uzunu boyu və uclarına çəkməyin əhəmiyyəti çoxdur. Quru və zədələnmiş saçlar üçün qarğıdalı, arqan, küncüt, kokos, balqabaq, avokado, makadamiya yağları və şaftalı tumunun yağı məsləhət görülür. Əgər saçda kəpək varsa, arqan və makadamiya yağlarından istifadə olunur. Saçların tez uzanmasına arqan və dazıotu  yağları kömək edir.  Saçları möhkəmləndirmək və  tökülməsinin qarşısını almaq üçün buğda cücərtilərinin yağından istifadə edirlər. Saçlara parlaqlıq vermək üçün badam, arqan, zeytun, makadamiya yağları məsləhət görülür. Saç uclarının haçalanmamasında kokos, arqan, makadamiya yağlarının əhəmiyyəti böyükdür. Saç üçün yağlardan müntəzəm olaraq baş dərisini massaj edərkən və maska şəklində istifadə edin.   

Təbii, rənglənmiş və kölgə effektli (melirovannıye) saçlara canlılıq, intensivlik və ton verən qidalandırıcı  rəngləyici maska - Funksiyası: solğun və cansız saçlara parıltı verir. Boyadıqdan sonra rəngi solan saçlar üçün idealdır. Saçlara heç bir ziyanı yoxdur. İstifadəsi: şampunla başı yuduqdan sonra əlcək taxmaq və darağın köməyi ilə maskanı başın hər tərəfinə bərabər yaymaq. 3-5 dəqiqə saxladıqdan sonra yaxşıca yumaq. Salonda rənglənmə və təbii amil olan ultrabənövşəyi şüalanma nəticəsində saçların rəngi tez solur. Tərkibində alfa-oksiturşular və ionik piqmentlərin bolluq təşkil etdiyi bu maskanın nəmləndirici və yumşaldıcı formulu saçların rəngini canlandıran, saç kutikulunu düzəldən, 3 dəqiqə ərzində saça parlaqlıq verən kosmetik maddələrlə zəngindir. 

Termomüdafiə - Termomüdafiə nədir? İsti ütü və ya fenlə saç düzümü edilən zamanı saçları qoruyan vasitələrdən istifadə olunur. Bular termo-müdafiyə, yəni saçları istiliyin təsirindən (termo-təsirdən qoruyan) vasitələrdir. Termo-müdafiələr losyon, gel, sprey, yağ və s. formasında olur. Hər kəs öz bəyəndiyi termomüdafiə variantını seçə bilər. Bu vasitələrin tərkibindəki silikon hər tükü qoruyucu pərdə ilə əhatə edərək, onu yanma və qurumadan müdafiə edir. Termomüdafiə vasitələrinin tərkibində olan vitamin və xüsusi aktiv maddələr saçları möhkəmləndirir, bərpa edir və nəmləndirir və eyni zamanda xarici görünüşünü dəyişərək, onları daha cəlbedici edir. 

Saçların kimyəvi yolla burulması. - Kimyəvi burmadan əvvəl saçların real vəziyyətini və bəzi parametrlərini müəyyən etmək lazımdır. Saçların vəziyyətindən asılı olaraq, burma texnologiyası, preparatın tərkibi seçilir və ya kimyəvi burmadan imtina edilir. Əgər saçlar duz, metal tərkibli boyalarla rənglənmişdirsə və ya rəngi dəyişilmişsə, kimyəvi burulma bu maddələrin əlamətləri saçlardan tam itənəcən təxirə salınır. Müasir texnologiyalar qoruyucu, zərərsiz kimyəvi burulmanı maksimum təmin edir. Bəzi hallarda kimyəvi burulmadan imtina edilir: məsələn, menstruasiya, hamiləlik, laktasiya dövrü, yüksək və ya alçaq arterial təzyiq, yüksək bədən hərarəti, keçirilmiş ağır xəstəlikdən sonra bədən zəifliyi hallarında. Antibiotiklər və morfi tərkibli digər preparatlarla müalicə zamanı, hormonal preparatlar qəbul edərkən, ciddi pəhriz və ya acqalma hallarında, stress və əsəb gərginlikləri dövründə, saçları uzun müddət basma və ya xına ilə rənglədikdə, saçların rəngi kimyəvi yolla açıldıqda və ya saçlarda kölgə effekti yaradıldıqda, saçlar zədələndikdə, kimyəvi burma etmək olmaz.  Saydığımız amillərin təsirindən saçlarda aparılan kimyəvi burma gözlənilməz əks nəticələr verə bilər. Buruqlar zəif, davamsız alınmaqla yanaşı hətta saçlar tökülə də bilər. Kimyəvi yolla burulmuş saçların da qulluq və saç düzümünə ehtiyacı vardır. Kimyəvi burma prosesindən sonra nəm buruqları ehtiyatla darayın, sonra ayrı-ayrı buruq telləri barmağınızla buraraq qurudun. Bəzi saçların özünəməxsus təbii xassələrinə görə onlarda kimyəvi burma alınmır. Çox yüksək səviyyəli kimyəvi burmadan sonra belə bu saçlarda buruq ya alınmır, ya da az müddət qalır.

Kimyəvi yolla saçı burmaq üçün tələb olunurSaçları burmaq və alınmış buruqlara forma və ölçü vermək üçün biqudi, kimyəvi maddələrin təsirindən qoruyan plastik qapaqcıq, preparatı yaymaq üçün aplikator adlanan alət, saçı qurulamaq üçün dəsmal, saçların bitdiyi yerə yaxın dərini qorumaq üçün bint,kimyəvi maddələrin təsirindən üzü qorumaq üçün jqut (sıxıcı),müxtəlif hissələrə ayrilmış saçlarıbənd eləmək üçün sancaqlar, sıx dişli daraq, saçı hissələrə ayırmaq üçün nazik,iti uclu, uzun dəstəkli daraq, massaj darağı, saç uclarını zədələnmədən qoruyan kağız salfetlər, sonda saçın formasını möhkəmləndirən sprey, bərbərin əllərini kimyəvi maddələrdən qoruyan əlcəklər, turşularla burma zamanı yüksək hərarəti  təmin edən isidici başlıq, preparatlar üçün dayaz ancaq davamlı qablar, kimyəvi burma üçün lazımi vasitələr: saçları yumaq üçün şampun, saçın strukturunu yenidən bərpa edən balzam, kimyəvi burma preparatları.