Boya yuyulması

Filter
Boya yuyulması haqqında

Blondlaşdırma -  saçların rənginin açılması, başqa sözlə yuyulub təmizlənməsidir. Bu əməliyyat saçı daha açıq rəngə boyamazdan əvvəl və yaxud arzuolunmaz rəng çalarını itirmək məqsədi ilə aparılır. Saçların rəngini tərkibinə qələvilər və əvəzedici rəng çalarlarının daxil olduğu xüsusi preparatlar (blondoranlar) vasitəsilə açırlar. Adətən məhlulun rəngi mavi və ağ olur. Kompensəedici (əvəzedici) piqment və onun rəng çaları arzuolunmaz rəngin neytrallaşdırılması ilə daha açıq ton əldə etmək vəzifəsindən asılı olaraq, müəyyən edilir. Blondoranlar hidrogen peroksid tərkibli oksidləşdiricilərlə 1,5, 3, 4, 6, 9 və 12% miqdarında qarışır (9-12% oksigentlərin istifadəsinə bu əməliyyatı yalnız bir dəfə yerinə yetirərkən yol verilir). Oksidləşdiricinin faizini bilavasitə saçların vəziyyətindən və arzuolunan nəticədən asılı olaraq seçirlər. Blondoran və oksidantların qarışdırılma  nisbəti. Bu proses klimazonun köməyi ilə sürətləndirilir.