Rəngli lak, tuş, gellər

Filter
Rəngli lak, tuş, gellər haqqında

Tuş və gellər

Saç üçün istifadə olunan tuşlar saçın dibindəki ağları müvəqqəti qapatmaq üçündür. Saç dibindəki ağları qapamaq üçün karandaşlar da vardır. Onlar da tuşlar kimi saç dibindəki ağları müvəqqəti qapadır. İlkin yuyulmadan sonra hər ikisi saçdan yuyulur. Saç boyamaq üçün tuş seçərkən, ilk növbədə onu necə istifadə edəcəyinizi müəyyənləşdirin. Onları quru və təmiz saça istifadə etmək lazımdır. Tuşun rəngini seçərkən, öz saçlarınızın təbii rəngini nəzərə alın. Yadda saxlayın ki, qara və tünd şabalıdı saçlarda bəzi tuş çalarları açıq rəngli saçlardakı kimi görünməyə, hətta heç nəzərə çarpmaya da bilər. Düzgün seçilmiş tuş rəngi arzuladığınız effekti verməklə, sizə yalnız müsbət emosiyalar bəxş edəcəkdir. Saçlar üçün tuşu yalnız təmiz, yaxşıca qurudulmuş və daranmış saçlara vurmaq lazımdır. Tuşu nəm saçlara vurduqda, tellər bir-birinə yapışır, saçlar qeyri-bərabər boyanır. Saç düzümü edərkən, ən son mərhələdə tuş vurulur. Bilmək lazımdır ki, tuş vurulduqdan sonra artıq saçı daramaq olmaz. Saçları tuşla boyamaq çox asandır. Düşünülmüş keyfiyyətli tərkibi sayəsində tuş saçları hər tərəfdən eyni səviyyədə əhatə edərək, onları bərabər boyayır və nəticədə gözəl, dolğun rəng alınır. Yadda saxlamaq lazımdır ki, tuşu saçın uzunluğu istiqamətində vurmaq lazımdır. Yarışəffaf rəng çaları almaq üçün tuşu bir qat vurmaq kifayətdir. Tuşu iki və ya üç qat vurduqda isə, daha dolğun, parlaq rəng effekti almaq olur. Saç düzümündə rəngləri uyğunlaşdırmaqla, ayrı-ayrı saç tellərini bir neçə rəngə boyayaraq, üfüqi rəngli zolaqlar yaratmaq olar. Bu cür saç düzümü gur olur və daha maraqlı görünür. Uzun saçlara tuş başqa üsulla vurulur. Belə saçlarda telləri dəstə-dəstə ayıraraq, saç  uzunu istiqamətində boyamaq lazımdır, nəticədə saçlar səliqəli, dəbli və effektli görkəm alır. Tuşdan istifadə edərkən, saçları islatmaq olmaz, əks halda boya axar və tellər bir-birinə yapışar. Buna görə yağışlı havada, basseyn və ya saunada saç tuşundan istifadə etsəniz effektini görə bilməyəcəksiniz.

Rəngli saç lakları - Saçlar üçün rəngli laklar saç düzümünü parlaq rəngə boyayır və onlara lazımı forma verir. Rəngli lak istehsalçıları öz müştərilərinə zəngin çeşidli məhsulları təklif edirlər. Parıltılı laklar ziyafət üçün idealdır. Rəngli lakın əsas üstünlükləri:

  • Saç üçün rəngli lakın istifadəsi  təhlükəsizdir;
  • Rəngli lakı müxtəlif struktur və rəngə malik saçlarda istifadə etmək olur;
  • Rəngli laklar saysız-hesabsız variantlarda saç düzümü yaratmağa imkan verir;
  • Rəngli laklar istifadədən sonra əlavə yuyulma tələb etmir;
  • Rəngli laklar - sprey formasında olduğu üçün saçın hər tərəfinə bərabər, və ya ayrı-ayrı nöqtələrinə asanlıqla vurula bilir;
  • Rəngli laklar ən müxtəlif obrazlar yaratmağa imkan verən bol çeşidli rənglərə malik olur;
  • Rəngli laklar həm natural, həm də boyanmış saçların keyfiyyətli rənglənməsini təmin edir;
  • Rəngli lakın köməyi ilə həm saçların hər tərəfini bütövlüklə, həm də ayrı-ayrı telləri tonlaşdırmaq mümkündür;