Saç qaynağı

Filter
Saç qaynağı haqqında

Soyuq və qaynar qaynaq

Soyuq qaynaq - bu, xüsusi yapışqan yaxud metalik klipslərlə fiksasiya üsuludu. Qaynar qaynaq zamanı keratin yaxud qatrandan istifadə olunur, hansılar ki, əridilə və sonrakı donma zamanı qaynaq olunan və baza telini əhatə edən kapsul yaradırlar. 

3 aydan sonra tellər ya birdəfəlik çıxarılır yaxud da korreksiya proseduru aparılır. Bu prosedur isə aşağıdakılardan ibarətdi: tellər çıxarılır və fiksasiya yerləri kəsilir; yenidənkapsullaşdırma aparılır - bərkidilmə materialını yenidən əllə sürtülür; və yenidən qaynaq prosedurunu həyata keçirirlər. taxılma zamanı itirilən tellərin yerini dolduraraq yeni tellər əlavə olunur; korreksiya saç kəsimi edilir. 

Qaynaq edilmiş saçlardan fərqli olaraq, sancaq edilmiş (klipslə bərkidilən) edilmiş saxların korreksiya proseduruna ehtiyacı olmur. Həmçinin, başınızın uzun saçlardan dincəlməsini istəyirsizsə onları çıxartmaq da olar. 

Saçların lentlə qaynağı. Adətən saçların qaynağı üçün əsas material olaraq tresslərdən istifadə olunur. Onlar 20-25 sm uzunluğu olan ayrı-ayr tellərə kəsilir, və istənilən qaynaq üsuluyla: qaynar kapsul qaynağı, soyuq qaynaq yaxud əvvəlcədən hörülmüş və saçların dibinə saçlarla bərkidilmiş kiçik fransız hörüyünə tikilərək, saçlara bərkidilir.

 Saçların qaynar qaynağı

Qaynar texnologiyada tel kiçik keratin kapsula qaynaqlanır. saçların kapsullarla yaxud mikrokapsullarla qaynağı yalnız təbii saçların istifadəsini nəzərdə tutur: bu halda süni saçlar işə yaramır. saçların keratin qaynağı aşağıdakı üsulla həyata keçirilir: usta donor saçlardan tel götürür onu müştərinin saçlarına uyğunlaşdırır və aparat vasitəsilə temperatur təsiri altında keratini yumşaldır, sonra isə kapsulu formalaşdırır. Ustadan, donor saçlarının müştərinin başında eyni bərabərdə və səliqəli peşəkarcasına yerləşdirmək tələb olunur. Qaynaq estetik və ətrafdakılarçün görünməz olmalıdı.

Mikroqaynaq daha incə işin aparılmasını nəzərdə tutur. Bir qayda olaraq donor saçları olan kapsullar iki qat nazik və kiçik olur.

Tellərin çıxarılmasının asanlığı - keratin qaynağının yeganə müsbət xüsusiyyəti deyil. bundan əlavə, tellərin qaynaq edilmiş kapsullar, həm həcmli olaraq masaj fırçasının dişləri arasından asanlıqla keçə bilər, həm də yastı olub, ümumiyyətlə toxunuşda hiss olunmayan dərəcədə ola bilər.

Lakin keratin qaynağının qulluq baxımından bəzi məhdudiyyətləri var. məsələn, saçların dibinə maska və balzam vurmaq məsləhət görülmür. Həmçinin kimyəvi burulma, düzləşdirmə və tellərin ütü və fenlərlə burulmasıyla da ehtiyatlı olmaq lazımdı. bu cür prosedurlar keratin kapsullarını aşılaya bilər. Saçların keratin qaynağı (o cümlədən mikrokapsullu) mütəmadi korreksiya edilməsini nəzərdə tutur, və bu korreksiyanı hər 2-4 aydan bir etmək lazımdı. Bu öz saçlarınızın vəziyyətindən asılıdı. Əgər saçların qaynağı saat yarım iki saat vaxt alırsa, korreksiya proseduru daha çox vaxt tələb edir, çünki çıxarılmış donor tellərini yenidən kapsullamaq lazımdı və yenidən keratinə qaynaq eləmək lazımdı.

 Fransız metodikası (afroqaynaq)

 Bu saçların soyuq qaynaq üsuludu. Bərbərlər, əlbəttə ki, bu metodikanı təkmilləşdiriblər: süni saçları hörüklərə tikirlər. fransız texnologiyası yaxud tresslərin (hörüklərə bərkidilən süni tellər) vasitəsilə qaynaq qalın və cod buruqlara malik xanımlarçün idealdı. Lakin nazik saçlı yaxud qısa kəsimli xanımlara uyğun gəlməz. Bu prosedurun əsas çatışmazlığı odur ki, onun nəticəsi çox qısamüddətlidir: saçlar uzandıqca, hörüklər aşağı düşür, və qaynaqdan artıq bir aydan sonra korreksiya etdirmək zərurəti yaranır. Üstəlik hündür saç düzümləri etdirmək olmaz, o səbədən ki, hörüklər görünəcək. əlbəttə, istənilən digər qaynaq üsulları kimi, afroqaynağın da öz müsbət tərəfləri var. Prosedurun tezliyi, treslərin tikilməsi zamanı ekoloji cəhətdən təmiz komponentlərin istifadəsi, və doğma saçlara mənfi təsirin olmaması - həm temperatur baxımından, həm kimyəvi: bu isə razılaşın ki, artıq çox şey deməkdi.

 Lent texnoloqiyası

 Bu metodikanın yerinə yetirilməsi sadə və tamamilə təhlükəsizdi. süni tellər yapışqan lentin vasitəsilə təbii tellərə birləşdirilir.  Bu necə görünür: usta doğma saçlardan bir tel ayırır, diblərə doğru qaldırır, və yapışqan lentin yapışqan yerinin üzü yuxarı olan hissəsiylə süni teli ona yapışdırır. Doğma tel aşağı salınır və onun üzərinə daha bir süni tel yapışdırılır, amma bu dəfə yapışqan üzü aşağı. Qaynaq edilmiş tellərin çıxarılması da bərkidilməsi kimi sadə və tezdi, və bununla yanaşı təbii tellərə heç bir zərər gəlmir.

 Soyuq qaynağın müsbət tərəfləri

1. Doğma tellər mənfi təsirə məruz qalmır - nə mexaniki, nə kimyəvi, nə də ki, temperatur təsirinə, və deməli daha az zədələnir.

2. Soyuq metodikalarla uzadılan saçlar təbii görünür.

3. süni və təbii saçların birləşmə yerləri nə temperatur, nə kimyəvi təsirlərdən çəkinmir; qaynaq edilmiş saçlara qulluq üçün sevdiyiniz kosmetik vasitələrdən istifadə etmək olar.

4. Usta hər bir müştəriyə məhz ona uyğun struktur və rəngdə donor saçlar seçə bilər: donor saçların geniş çeşidi bunu etməyə imkan verir.

5. Saçların soyuq qaynağı allerji reaksiyalar vermir.

6. Qaynaq edilmiş saçlar bir neçə aydan 1 ilədək saxlanılır və xüsusi qulluq tələb etmir.

7. Soyuq üsullarla uzadılmış saçları rəngləmək və burmaq olar.