Oksidant və toz

Filter
Oksidant və toz haqqında

Oksidant ilk növbədə hava və istinin təsirindən su və oksigen atomuna (H2O и O2) parçalanan hidrogen peroksiddir. Buna görə oksidant  faizinin dəyişməməsi, məsələn 9% əvəzinə 6% olmaması üçün istifadə etdikdən dərhal sonra içərisində oksidant olan şüşənin ağzını möhkəm bağlamaq lazımdır. Məhz oksidant melanini turşudur və müxtəlif bazalara müəyyən rəng verir. Oksidantlara peroksid və oksigenin ayrılma sürətini azaltmaqla saçları bərabər  boyamağa imkan verən digər stabilizatorlar daxil olur. Oksidantlar 3% və ya 10 vol., 6% və ya 20 vol., 9% və ya 30 vol., 12% və ya 40 vol. olur.

  1. 3% vəya 10 vol. Saçları Tona ton rəngləmək üçün istifadə olunur.
  2. 6% və ya 20 vol.  İlkin rəngi tünd olan yaxud heç boyanmamış natural saçların iki ton açılması və ağ saçların boyanması hallarında istifadə olunur.
  3. 9% və ya 30 vol. əsasən tünd natural saçların 3 ton açılması və sərt ağ saçların boyanması hallarında istifadə olunur.
  4. 12% və ya 40 vol. tünd natural saçları 4 ton açmaqda kömək edər. 12% oksidant əsasən sarışınlar üçün saç rəngini açan permanent (davamlı) boyalarla işlənir. Sarışınlar üçün boyalarla natural saçların 6-cı səviyyəsindən başlayaraq işləmək məsləhət görülür.

Saç rəngini birdən birə açdıqda və ya tündləşdirdikdə saçda müəyyən vaxt sonra yaşıl tonlar peyda olunur. Saç tonunu açmaq üçün saç açıcı tozlardan istifadə edilməsi daha məsləhətlidir.

Saç rəngini açıcı tozlar (SUPER AÇICILAR)  - Saç rəngi daha çox açmaq üçün saç rəngini açıcı tozlardan istifadə olunur. Bu tozlar oksidantkla qarışdırılır. Saçda saxlama müddətinə görə saç rəngini açma faizi dayişir. 2 tip saç rəngini açıcı tozlar vardır. Ağ və Mavi rəngli. Mavi rəngli tozu saç rəngini sarıya boyamaq istədikdə idealdır. Bu tozu oksidant ilə qarışdırmaqla siz saç rənginizdən aslı olmayaraq , rəngi çox aça və sarı rəngdə boyaya bilərsiniz.

Bu SUPER AÇICI TOZLAR daha çox 9 və ya 12% li OKSİDANT ilə istifadə olunur.

1 toz +2 oksidant və ya 1+2,5 qarışdırılır. Yəni 100 ml paraşok +200 və ya 250 ml OKSİDANT ilə qarışdırılır.