Şampunlar

Filter
Şampunlar haqqında

Quru və zədələnmiş saçlar üçün şampunlar gigiyenik yuyucu vasitə olub  quru və zədələnmiş saçlar üçün nəzərdə tutulmuşdur. Quru saçlar cansız və kövrək olur, ucları tez qırılır. Belə saçları bərpaedici və qidalandırıcı maddələrlə zəngin olan yumşaldıcı şampunla çox ehtiyatla yumaq lazımdır. Adətən belə şampunların tərkibində onları elastik və parlaq edən, nəmləndirən, ətraf mühitin zərərli təsirindən qoruyan jojoba yağı, arqan yağı, avokado, yumurta litseini və ya lanolin, ipək proteini kimi qatqılar olur. Quru və kövrək saçların bərpası çox uzun sürən kompleks prosedur olduquna görə, düzgün seçilmiş şampunla yanaşı eyni zamanda digər əlavə vasitələrin istifadəsini də tələb edir. Yuyucu vasitələrin öz təyinatına uyğun və faydalı olması üçün, şampunu düzgün seçmək lazımdır. KAYPRO xəttinin məhsulları öz canlılığını, parlaqlığını və arzuolunan həcmini itirmiş saçların müntəzəm yuyulması üçün məsləhət görülür. Onlar asanlıqla köpüklənir, və xoş ətirli olur. KAYPRO şampunlarının kremvari strukturu saçların quruluşunu bərpa edir, onları qidalandırır, nəmləndirir, elektrikləşmənin qarşısını alır. Bu şampunlar baş dərisinə yaxşı təsir edir və müalicəvi xarakter daşıyır. Onların gündəlik istifadəsi məsləhət görülmür. KAYPRO şampunları zədələnmiş saçlara qulluq üçün nəzərdə tutulmuş digər lider kosmetik məhsullar arasında yeganə diqqətəlayiq vasitədir. Bu kosmetik xəttin şampunları əsasında bərpaedici maska, sprey, saç losyonu, zərdab, kondisionerdən istifadə etmək olar. Müntəzəm olaraq kimyəvi və termik təsirə məruz qalan saçların davamlı bərpaya ehtiyacı olur. Bu şampunlardan elektrik ütü və ya maşanın köməyi ilə edilən saç düzümündən əvvəl istifadə etmək məsləhətdir. Tərkibində olan keratin saçı hamarlayır, silikon isə onu qalınlaşdırır. Nazik, cansız, kövrək saçlar üçün bu şampun ideal variantdır. Onlar həftədə 2 dəfədən artıq olmayaraq istifadə olunmalıdır.

Saç tökülməsinə qarşı şampunlar və möhkəmləndirici şampunlar.
Saç tökülməsinə qarşı şampunlar və möhkəmləndirici şampunlar müalicəvi-gigiyenik yuyucu vasitə olub, saçların möhkəmləndirilməsi və tökülməsinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Belə şampunların tərkibində olan aktiv komponentlər saç soğanağını sağlamlaşdırır, yeni tüklərin əmələ gəlməsini və güclü qan dövranını stimullaşdırır, baş dərisinin tonusunu artırır və təbii balansını bərpa edir. Saç tökülməsinə qarşı profilaktik vasitə kimi məsləhət görülür. Saç tökülməsinə qarşı şampunların tərkibində baş dərisində qan dövranını yaxşılaşdıran komponentlər olmalıdır. Bu şampunlar baş dərisini yaxşı təmizləməlidir. Əks halda məsamələrin tutulması saçların tökülməsi ilə nəticələnəcəkdir. Buna görə elə şampun seçmək  lazımdır ki, həm tərkibində qidalandırıcı maddələr olsun, həm də baş dərisi hüceyrələrini aktivləşdirsin. Belə şampunun tərkibində efir yağları, dərman bitkiləri ekstratı, qidalandırıcı və nəmləndirici komponentlər, minerallar, proteinlər, bioloji aktiv maddələr olmalıdır. Saç tökülməsinə qarşı şampunların istifadəsi adi şampunlarda olduğu kimidir. Bu şampunları adi qayda ilə baş dərisinə sürtmək, yavaş-yavaş dairəvi hərəkətlərlə dəriyə yeritmək, faydalı maddələrin baş dərisinə və saçlara hopması üçün bir qədər saxlamaq və isti su ilə yumaq lazımdır. Siz bu şampundan istifadənin ilk nəticələrini ən azı 2 həftədən görə bilərsiniz. Saçlarınız daha sağlam olacaq və tökülmənin qarşısı alınacaqdır. 

Yağlı saçlar üçün şampunlar

Yağlı saçlar üçün şampunlar gigiyenik yuyucu vasitə olub, yağlı saçlara qulluq üçün nəzərdə tutulmuşdur. Saçların yağlanmasının səbəbi piy vəzilərinin aktiv fəaliyyətidir. Yağlı saçlar bir-birinə yapışmış olur və parıldayır,  yuyulduqdan bir neçə saat sonra, onlar artıq öz cazibəsini itirir. Yağlı saçlar üçün şampunların tərkibində dərini və saçları artıq yağdan təmizləyən yuyucu vasitələr olur. Yağlı saçlara qulluqda əsas yuma və yaxalama prosesidir. Yağlı saçlar normal və quru saçlara nisbətən daha tez-tez yuyulur. Hava rütubətli, ekoloji cəhətdən çirklənmiş, qazlarla dolu olarsa, yağlı saçlar havada olan tozu, his və ağır metalları özünə çəkir və daha tez çirklənir. Saçı yuyarkən, əvvəl onu yaxşıca isladır, sonra şampun sürtür və 1-2 dəqiqə massaj edərək köpükləndirirlər. Yağlı saçlar ehtiyac olduqca, yəni çirklənməsindən asılı olaraq yuyula bilir. Bu zaman sərt olmayan şampunlardan istifadə olunur və başda şampun qalmaması üçün yaxşıca yaxalanır. 

Rənglənmiş saçlar üçün şampunlar

Rənglənmiş saçlar üçün şampunlar gigiyenik yuyucu vasitə olub, rənglənmiş və ya kölgələnmiş  saçlar üçün nəzərdə tutulmuşdur. Hər hansı rənglənmə nəticəsində saçlar zəifləyir, zədələnir, buna görə də onların xüsusi qulluğa ehtiyacı olur. Rənglənmiş saçları möhkəmləndirən şampunlar  onların tez bir zamanda bərpasına kömək edir. Rənglənmiş saçlar üçün şampunlar yumşaqlığı ilə fərqlənir. Onların məqsədi  saçı yumşaltmaq və eyni zamanda rənglənmə prosedurundan sonra alınmış kosmetik rəngin saçda maksimum saxlanmasıdır. Rənglənmiş saçlar üçün yüksək keyfiyyətli şampunlar adətən peşəkar ticarət markaları tərəfindən buraxılır.

KAYPRO xəttinin təklif etdiyi məhsullar öz yüksək effektivliyi, münasib qiyməti və keyfiyyəti ilə fərqlənir. Rənglənmiş saçlar üçün şampunların tərkibinə davamlı saça qulluq edən kremlər, saçı yumşaldan qatqılar əlavə edilir. Eyni zamanda şampunun formulu rəngin saxlanma effektini artıran xüsusi kondisioner, maska, zərdab və saç kremlərinin istifadəsini də nəzərdə tutur. Rənglənmiş saçlar üçün şampunlar haqqında danışarkən, qeyd etmək lazımdır ki, yalnız yüksək keyfiyyətli şampunlar yumşaq yuyucu kompozisiyaya  malik olur və yuyulma zamanı saça qoyulmuş kosmetik rəngi minimum aparır.

Qıvrım saçlar üçün şampunlar.

Qadınlar öz qıvrım saçlarını sözəbaxmayan, şıltaq, inadkar və sairə sözlərlə xarakterizə edirlər. Bəs qıvrılan saçlara necə qulluq etmək lazımdır? Buruqlar müxtəlif olur: xırda qıvrım saçlar və yüngülvari buruqlar. Qıvrım saçlar düz saçlardan daha nazik, tez qırılan və sözəbaxmayan olur. Buruq saçlar yumşaq, yüngül və ya əksinə quru, cod ola bilir. Bir çox hallarda buruq saçları qarışıq saç tipinə aid edirlər. Bu cür şıltaq saçları ram etmək üçün onlara düzgün seçilmiş peşəkar qulluq lazımdır. Ən yaxşı halda qıvrım saçlar üçün şampun əldə etmək lazımdır. Bu növ şampunun tərkibində saçları möhkəmləndirən, baş dərisinin təbii qidalanmasını bərpa edən yağlar olmalıdır. Saçı yuduqdan sonra kondisioner və ya balzam məlhəm ilə yaxalamaq lazımdır. Eyni zamanda şampunun tərkibi buruq saçlar üçün nəzərdə tutulmuş yağlar və faydalı komponentlərlə zəngin omalıdır. Belə yuyucu vasitə saçı qidalandırır və nəmləndirir, saçların ucunun haçalanmasının qarşısını alır. Həmçinin vaxtaşırı keratin qatqılı saç yağları, emulsiya və zərdablardan istifadə etmək məsləhətdir. Saçın dərindən qidalanması və möhkəmlənməsi üçün maskaların istefadəsi tələb olunur. İdeal buruqlar alınması üçün gel, muss və köpüklərdən istifadə etmək vacibdir. Əgər çox qısa bir zaman ərzində saçlarınızı burmaq istəyirsinizsə, quru saçlara mum sürtüb onları biqudiyə dolamaq və fenlə qurutmaq lazımdır.

Gündəlik istifadəyə yararlı şampunlar

Gündəlik istifadəyə yararlı şampunlar – hər növ saçlar üçün nəzərdə tutulmuş gigiyenik yuyucu vasitədir. Hər növ saçlara yararlı şampunlar universaldır. Onların əsasını yumşaldıcı vasitələr təşkil edir və buna görə də gündəlik istifadəyə yararlıdır. Təmizlik sağlamlığın rəhnidir. Kosmetik vasitə istehsalçıları öz məhsullarını reklam edərək, gündəlik şampun, kondisioner və növbənöv maskalardan istifadə etməyi məsləhət görürlər. Bu yanaşma əslində normaldır. Gündəlik işlədilən şampunlar yumşaq və keyfiyyətli olmalıdır. Çox vaxt şampunun qablaşdırıldığı qutunun üştündə “gündəlik istifadəyə yararlıdır” yazısına rast gəlirik. Yağ və çirk saçdan tez tez yuyulduğu üçün şampunu saçda uzun müddət saxlamağa ehtiyac yoxdur, belə ki, yağlı məlhəm (balzam)saç dibinə, dəriyə hoparaq çirklənmə prosesini sürətləndirə bilər. Saçları qorumaq məqsədi ilə şampunu azca götürüb su ilə həll etmək və saçı yumaq lazımdır. Bundan sonra şampun və digər yuyucu vasitələrin saçda qalmaması üçün onu yaxşıca yaxalamaq lazımdır.

Uşaq şampunları

Uşaq şampunları  - uşaqlar üçün nəzərdə tutulmuş gigiyenik yuyucu vasitədir. Uşaq şampunlarının əsasını  təbii bitki komponemtləri və yağlar təşkil edir. Onlar zərif uşaq saçlarını əla təmizləyir və onların daranmasını asanlaşdırır. Göz yaşartmayan formula malik olduqları üçün bu şampunlar uşaqların gözlərini qətiyyən qıcıqlandırmır. Bit və sirkəyə qarşı şampundan istifadə olunması çox vaxt  ev şəraitində parazitlərlə mübarizənin ən optimal üsuludur. Qeyd etmək lazımdır ki, bit və sirkəyə qarşı hər hansı şampun pedikulisid spreylərə nisbətən zəifdir, çünki, bu şampunların tərkibində dimetikon olmur. Dimetikon insan üçün tam zərərsiz, bit və sirkə üçün məhvedici maddədir. Faktiki olaraq, dimetikon hətta insektisid də deyil. O, nazik pərdə ilə biti əhatə edərək, onun boğulmasına səbəb olan maye silikondur. Şampun saça sürtülür, yaxşıca köpükləndirilir, bir müddət saxlandıqdan sonra bolluca su ilə yuyulur.

Nazik saçlar üçün həcmi artıran şampunlar

Nazik saçlar üçün həcmi artıran şampunlar  - gigiyenik yuyucu vasitə olub, nazik saçlar üçün nəzərdə tutulmuşdur. Nazik saçlar tez-tez rast gəlinən saç növüdür. Belə saçlar çox yumşaqdır, buna görə də onları gözəl həcmli saç düzümünə toplamaq çox çətindir. Belə saçların yuyulması zamanı saça böyük həcm verən xüsusi şampunlardan istifadə etmək lazımdır. Belə şampunların tərkibindəki keratin, nazik saçlara həcm verir və onları daha şux edir. KAYPRO məhsullarının yeni, unikal konsepsiyası hər növ saça həcm verir və bir neçə gün ərzində əldə edilmiş nəticəni  saxlamağa imkan verir. Xüsusi unikal polimerlər saç düzümünün möhkəmliyini təmin edir. Nazik saçlar üçün şampunların soya proteinleri və pantenolla zəngin formulu saçları termik və mexaniki zədələrdən qoruyaraq, onların təbii strukturunu bərpa edir və nəmləndirir, onları sığallı, elastik və parıltılı edir.

Kəpəyə qarşı şampunlar.

Kəpəyə qarşı şampunlar kəpəyi əmələ gətirən səbəbləri aradan qaldıraraq, bu problemi həll edir. Baş dərisinin müalicəsi göbələyəqarşı müalicəvi şampunların köməyi ilə aparılmalıdır. Kəpək piy vəzilərinin işindəki nöqsanlar və dəridəki piyin kimyəvi tərkibinin dəyişməsi ilə müşayiət olunan xəstəlikdir. Kəpəyə qarşı şampun seçərkən, onun yaranma səbəbini nəzərə almaq lazımdır . Səbəb yağlı və ya piyli seboreya, psoriaz,və ya saça düzgün qulluq edilməmə ola bilər. Eyni zamanda xəstəliyin simptomlarına da, yəni qaşınmanın intensivliyinə, dəridən qopub aralanan hissəciklərin miqdarına diqqət yetirmək lazımdır. Kəpəyə qarşı şampunların tərkibinə adətən göbələyə qarşı maddələr (ketokonazol), bakteriyalara qarşı (oktopiroks, pirition), sink kimi müalicəvi vasitələr, bəzi dəriaşındırıcı komponentlər (salisil turşusu, kükürd), dərini sakitləşdirən və qıcıqlanmanın qarşısını alan digər maddələr daxil edilir. Kəpəyə qarşı şampunlar müalicəvi vasitə olub, müəyyən doza ilə istifadə olunmalıdır. Əks halda onların heç bir effekti olmayacaqdır. KAYPRO şirkətinin kəpəyə qarşı şampunlarından həftədə 2 dəfədən tez istifadə etmək məsləhət görülmür. Dəridəki piyin xassəsi və miqdarı orqanizmin ümumi vəziyyətindən (xüsusilə endokrin və əsəb sistemləri və həzm yollarının işindən), insanın yaşından və cinsindən və mövcud digər xəstəliklərdən və  sairə asılıdır. Xroniki infeksiyalar, orqanizmdə vitamin çatışmamazlığı (xüsusilə A və C), şirin və yağlı qida və dərinin çirklənməsi xəstəliyin gedişatını ağırlaşdırır. Cinsi yetişkənlik zamanı həmçinin xeyli miqdarda piy ifraz olunur. Quru seboreya (kəpək) zamanı piy ifrazatı zəifləyir, baş dərisini və saçları kəpək bürüyür. Nəticədə kəpəyin miqdarı normanı aşır və ilk baxışdan gözə çarpır. Kəpəklə olması ilə yanaşı başın qaşınması, dərinin qiciqlanıb,  müxtəlif yerlərdə qızarması seboreyalı dermatitin əlamətləridir. Aralanan qabıq  - kəpək  saçı çirkləndirir, paltarın üstünə tökülür. Saçlar quru, nazik və kövrək olur, ucları haçalanır. Seboreyanın müalicəsi zamanı əvvəl xəstəliyin səbəbini aydınlaşdırmaq və onu aradan qaldırmaq lazımdır. Seboreya xəstəliyi zamanı epidermisin alt qatında yerləşən piy vəzisinin fəaliyyəti pozulduğundan, müalicə piy ifrazının azaldılmasına, yəni dərinin altına yönəldilməlidir. Şampun baş dərisinin üst qatından piy qalıqlarını yumaq vəzifəsini daşıyır, buna görə onunla kompleks şəklində sebotənzimləyici maska və losyonlardan istifadə olunur. Bu vasitələr saçda

20-30 dəqiqə saxlanıldıqdan sonra yuyulur.