Staylinq

Filter
Staylinq haqqında

Stayling vasitələri yaradılmış saç düzümünün saçda uzun müddət, formasını itirmədən qalmasına kömək edir. Bu vasitələrə saç lakı, mus (köpük) vosk və gellər daxildir. Bu vasitələr fiksasiya dərəcəsinə görə də 3 yerə bölünür ki, hər bir staylinq vasitələrinin üzərində onların fiksasiya dərəcələri qeyd olunur.

  1. Zəif fiksasiyalı
  2. Orta fiksasiyalı
  3. Güclü fiksasiyalı

Fiksasiya dərəcəsini saçın strukturuna uyğun seçmək daha məsləhətdir. Tez bir zamanda yaradılmış saç düzümü formasını itirən saçlar üçün güclü, gec itirən saçlar üçün isə zəif və orta fiksaiyalı vasitələr daha çox uyğundur.

MUM (VOSK) – Vosklar daha çox qısa saçları formada saxlamaq üçün istifadə olunur. Saç mumlarının iki növü mövcuddur. Parlaq və mat. Bu seçim hər bir insanın istəyinə görə dəyişə bilir. Parlaq və mat mumların da fiksasiya dərəcəsi 3 (zəif, orta, güclü) cür olur. Tərkibi vitaminlər ilə zəngin olduğundan saçlara heç bir zərəri yoxdur. Əksinə saçları qidalandırır.

Muss (KÖPÜK) - Musdan saçları fiksasiya etmək üçün istifadə olunur. Həmçinin saçların diffuzor və ya biqudiyə burulması zamanı da mussdan istifadə edilir. Nazik saçları düzləşdirməkçün normal yaxud zəif fiksasiyalır mussdan istifadə edin, daha sıx strukturlu saçlarçün isə güclü fiksasiyaya malik musdan istifadə etməyiniz məshələtdi.

Muss təmiz yuyulmuş saçlara vurulur. Onu çox yaş saçlara vurmaq məsləhət görülmür. Çünki belə halda muss aşağı axacaq. Yuduqdan sonra, saçların suyunu əvvəlcə dəsmalla yaxşıca almaq lazımdı, sonra isə musu saçlara sürtərək yaymaq olar. həddən artıq çox muss istifadə etmək lazım deyil, belə olsa saçlar çirkli və solğun görünəcək. Muss saçların dibinə vurulur, sonra saçın uzunluğu boyunca yayılır, eyni qərarda yayılması üçün daraqdan istifadə edilməlidi, daha sonra isə saçlar fenlə qurudulur.

SAÇ LAKI - Uzun müddətli saç düzümünün yaradılması üçün idealdır. Laklar saçların strukturunu yaxşılaşdırır, onlara həcm və parlaqlıq verir. Saçları xarici mühitin mənfi təsirləndən qorumaqla yanaşı, dekorativ funksiya daşıyır. Saç lakları həm də müxtəlif fiksasiya dərəcəli olur: zəif, orta, güclü və həddən artıq güclü. Bu və ya digər vasitənin seçilməsi sizin saç növünüzdən asılıdı. Nazik saçlı xanımlar zəif yaxud orta fiksasiyalı vasitələr seçməli, çox qalın, və yatımlı olmayan saçlara sahib olan xanımlar isə müvafiq olaraq güclü və həddən artıq güclü fiksasiyalı saç laklarından istifadə etməlidilər. Saç lakları peşəkar və adi laklara bölünür. Peşəkar saç lakları daha uzun müddətli fiksasiyaya malikdir. Onların tərkibində həmçinin saçları qidalandırmaq və keyfiyyətini yaxşılaşdırmaq üçün əlavə maddələr vardır. Məsələn, qliserin nəmləndirmək, pantenol - bərpa etmək, betain isə saçlara parıltı vermək üçündür. Bəzən lakların tərkibində müalicəvi otların cövhəri və vitamin kompleksi olur. Günəşli günlərdə isə UB-filtrli vasitələrə üstünlük verilməsi daha məsləhətlidir. Saç lakı saçlara eyni qaydada yayılmalıdı, əks halda lak ləkə kimi qalaraq ayrı ayrı saç telləri bir birinə yapışdıracaq, və nəticədə saç düzümünüz estetik görünüşü pozulacaqdır.