Ton vericilər

Filter
Ton vericilər haqqında

Saçların tonlaşması dedikdə, saçların davamlı boya ilə deyil, daha yüngül çalarlara malik vasitələrlə boyanması nəzərdə tutulur. Saç tonlaşdırıcı boyalar dəbin tələbi ilə tez-tez saç rəngində fərqliliklər edən xanımlar ücün idealdır. Yumşaq ton verici boyalar ağ saçları tam qapatmır. Saçların tonlaşması yolu ilə onların təbii rənginə ton vermək və ya daha da zənginləşdirmək (dolğunlaşdırmaq) olar. Ton verici boyalar saçın daxili strukturuna qətiyyən zərər vermir, onların təsir dairəsi saç kutikulunu (üst qatını, pərdəsini) xaricdən əhatə etməklə bitir. Ton verici boyalar saçlara parlaqlıq verir və dolğun təbii rəngini təmin edir. Tonlaşdırıcı boyalar saçları ilkin yumada yuyulur. Ton vericilərin tərkibində ammoniak və hidrogen peroksid olmadığından, onların demək olar ki, saça heç bir ziyanı yoxdur.

Ton vericilərin tərkibində saçın strukturunu pozmadan ona qulluq edən və daranmasını asanlaşdıran müxtəlif vitamin və qatqılar olur. Saçları yüngülvari tonlaşdırmaq məqsədi ilə maska, muss və sprey şəklində boyayıcı vasitələr vardır. Bu ton vericilər ilkin yuyulmadan sonra effektini itirir.

Saçları tonlaşdırarkən, bir və ya bir neçə rəng çalarından istifadə etmək olar. Çox vaxt tonlaşma prosedurundan əvvəl saçlarda parıldayan tünd və açıq işıqlı zolaqlar yaratmaq üçün ayrı-ayrı saç tellərinin rəngini açırdılar.Tonlaşmada  istifadə olunan vasitələrin rəng palitrası kifayət qədər genişdir. Ancaq tonlaşmadan əvvəl diqqətlə tonlaşdırıcı vasitənin saçın ilkin rənginə uyğun olub-olmadığını saç rəngi cədvəlində yoxlamaq lazımdır. Tonlaşma yolu ilə tünd saçları açıq rəngə boyamaq, yəni möcüzə yaratmaq mümkün deyil. Tonlaşmış saçlar da xüsusi vasitələr: rənglənmiş saçlar üçün şampunlar, balzamlar və maskalarla qulluq tələb edir.