MAKİYAJ

Alt menular və Filter

MAKİYAJ haqqında

Geniş məlumatlar

Kosmetika Yunan dilindən "kosmetik" sozündən götürülüb, mənası "bəzənmək mədəniyyəti" deməkdir. Kosmetik vasitələr 6000 min ildir ki mövcuddur. Bəziləri isə kosmetik vasitələrin 100,000 il əvvəl mövcud olduğunu iddia edirlər.Çünki 100,000 il əvvəl homo sapienslərin qırmızı piqmentli karandaşlardan istifadə etdiklərinə dair sübutlar vardır. Maraqlıdır ki, tarixdə ilk dəfə makiyajı kişilər ediblər. Onlar düşməni qorxutmaq məqsədilə bədənlərinin bəzi hissələrini və üzlərini müxtəlif rənglərə boyayırdılar. Misirdə xanımlarla yanaşı, kişilər də kosmetik vasitələrdən yararlanırdılar. Bunların içərisində sürmə, kirşan hətta dırnaqlara çəkmək üçün boyalar da var idi. İntibah dövründən 20 ci əsrə qədər aşağı təbəqə çöldə kənt təsərrüfatı ilə məşğul olurdu və zamanla xanımların açıq rəng dərisi tündləşirdi. Yalnız aristokrat qadınların dəriləri açıq rəngdə olurdu. Ağ dəri bir növ aristokratlığın simvolu idi. Dəri rəngi tündləşmiş qadınlar özlərini aristokrat göstərmək üçün pudralardan istifadə edirdilər.Əvvəllər kosmetikanı mağazalarda tapmaq mümkün deyildi. Kosmetikanı yalnız teatr və ya balet qiyafəti satan mağazasından tapmaq mümkün idi.

1920 ci ildən başlayaraq kosmetika mağazalarda satılmağa başladı və onlardan daha çox Hollywood ulduzları istifadə edirdilər. Həmin mağazalarda əsasən pudralar, dodaq boyaları , göz qələmi və tuş satılırdı. Lakin müasir dövdə xanımlar gündəlik həyatda ,ziyafətə getdikdə makiyajdan istifadə edirlər. Xanımlar makiyaj vasitəsi ilə üzlərindəki qüsurları və ya dəri solğunluğunu qapadırlar. Hər üz tipi üçün makiyaj məhsulları fərqlidir.Əsas olan dəriyə uyğun keyfiyyətli məhsul seçməkdir.Makiyaj çox qadına özünü güclü və qüsursuz hiss elətdirir.Makiyaj məhsulları 2 cür olur. Professional və middle(orta). Professional makiyajı daha çox vizajistlər istifadə edir.Daha ağır tərkibə malik olduğundan onlar gündəlik istifadə üçün yox, xüsusən ziyafət üçün nəzərdə tutulub. Middle(orta) makiyaj isə nisbətən yüngül tərkibə malik olduğundan gündəlik istifadə üçün tam olaraq uyğundur. Bildiyiniz kimi möhtəşəm bir makiyaj üçün keyfiyyətli makiyaj vasitələrindən,fırçalarıdan və düzgün makiyaj metodlarından istifadə etmək əsas şərtlərdən biridir. Keyfiyyət demək mütləq bahalı olması mənasına gəlmir. Üzün hər bir bölgəsi üçün xüsusi makiyaj metodları vardır. Buyurun ,sizə gözəlliyinizə gözəllik qatacaq möhtəşəm makiyaj metodlarını təqdim edirik.

Makiyajı düzgün necə tətbiq etməli ?

Təmizləmə və nəmləndirmə - Makiyaja başlamadan əvvəl üzünüzu kosmetik süd vasitəsi ilə təmizləyin. Makiyajdan 3 dəq əvvəl üzünüzə nəmləndirici tətbiq edin.Əgər ziyafət üçün makiyaj edirsinisə, bu zaman nəmləndirici maskalardan istifadə etməyiniz məsləhətdir. Dodağınızın üzərindəki ölü təbəqəni təmizləmək üçün dodaq üçün qidalandırıcı və nəmləndirici balzam istifadə edin. Dodağın üzərindəki ölü dərini təmizləməyin ən yaxşı yollarından biri diş fırçası vasitəsi ilə dodaq üzərini yüngülvari sürtməkdir.Bu zaman dodağınız həm də daha dolğun görsənəcəkdir. Makiyajın tətbiqi - Üzünüz və göz altındakı tünd halqaları qapatmaq üçün dəri tonunuzdan 2 ton açıq qapadıcını həmin bölgələrə tətbiq edin. Qapadıcını nöqtə bə nöqtə tətbiq etməyiniz məsləhətlidir. Daha sonra makiyaj süngəri və ya fırçası vasitəsi ilə qapadıcını bərabər şəkildə yayın. Qapadıcını həm də üzünüzün qüsürlü bölgələrini qapatmaq üçün istifadə edə bilərsiniz. Əsasən qapadıcıların 3 rəngi olur: Yaşıl,sarı və bənövşəyi. Sarı rəng: Göz altındakı bənövşəyi tonu və ya göy tonu ,xırda kapliyarları və qızmızılığı gizlədir.Dəri tonunuzdan aslı olaraq göz kölgəsinin uzun müddət qalmasını təmin edən primer kimi də istifadə oluna bilər. Bənövşəyi rəng: Dərinizdə və göz ətrafında tünd sarı rəngli halqaları, ləkələri qapatmaq üçün idealdır. Yaşıl rəng: Sızanaq, xırda qırmızı kapilyarı və qırmızılığı gizlətmək üçün idealdır. Üzdəki qırmızı tonu neytrallaşdırır. Yara və sızanaq ləkələrini ideal gizlədir. Üz səpdikdə və ya günəşin təsirindən qızardıqda da istifadə oluna bilər. Portağal rəng: Çox açıq dəri tonunu qapadmaq üçün idealdır. Üzə kontur etdikdə də, portağal rəngli qapadıcıdan istifadə edə bilərsiniz. Tünd dəri tonunu,solğun ləkələri qapatmaq üçün idealdır. Fırça köməyi ilə tətbiq etdikdən sonra üzərindən tonal krem və pudra tətbiq edin.

Dəri tonunuza və göz formasıza uyğun göz kölgəsi seçin.Göz kölgəsinin daha qalıcı olmasını istəyirsinizsə, göz kölgəsini göz bazası istifadə etdikdən sonra tətbiq edin. Makiyaj zamanı göz kölgəsinin üzə tökülmə riski olduğu üçün makyaja başlamadan əvvəl göz altına biraz pudra tətbiq edin və makyaj bitirdikten sonra bu pudranı fırça vasitəsi ilə götürün. Gözlərinizi canlı göstərmək üçün bir miqdar tuş tətbiq edərək makiyajınızı sonlandıra bilərsiniz. Lakin tuşu tətbiq etmədən əvvəl darama fırçası ilə kirpiklərinizi darasanız daha gözəl görünüş əldə etmiş olarsınız. Pudranı fırça vasitəsi ilə tətbiq etməyiniz daha yaxşı olardı. Pudra fırçaları daha qalın olduğu üçün üzün daha böyük hissəsini asanlıqla pudralamaq mümkün olur. Rumyana tətbiq edərkən təbii görüntü yaratmaq üçün dəri rənginizə uyğun rumyana seçməyiniz vacibdir.Bəs seçimi necə etməli ? Əgər qol biləklərinizdəki damarlar yaşıl rəngdirsə, deməli isti alt tonlu dəriyə sahibsiniz. Onda sizə mərcan və şaftalı rəng ailesinə aid rumyana uyğundur. Yox əgər qol biləklərinizdəki damarlar mavi rəngdirsə onda sizə çəhrayı, gül rəngli rumyana uyğun olacaqdır. Rumyananı sadəcə almacıq yanaqlarınıza tətbiq edin. Daha sonra yuxarı aşağı hərəkətlər ilə yaxşıca yayın. Əgər göz makiyajınız rənglidirsə bu zaman dodağınıza çox nəzərə çarpan dodaq boyası tətbiq etməyin. Rəngli və diqqət çəkici dodaq boyasını sadə göz makiyı ilə uyğunlaşdırmaq daha yaxşı olardı.

Makiyaj edərkən çoxlu fırçalardan istifadə etmək həm işinizi asanlaşdıracaq həm də, makiyajınızın üzə yaxşı oturmasını təmin edəcəkdir. Bu fırçaları 10 gündən bir yumuq məsləhətdir. Əks təqdirdə üzünüzdə xırda səpkilər əmələ gələ bilər.Makiyajı təmizləyərkən makiyaj təmizləyici məhlullardan istifadə etməyiniz də əsasdır. Çünki makiyajı dərindən təmizləmədikdə üz dərisini zamanla quruda bilər.