Qaş və kirpik

Filter
Qaş və kirpik haqqında

Qaş və kirpik makiyajı

Üz gözəlliyini ön plana çıxardan qaş və kirpiklərdir.Üz quruluşunun mükəmməl görünməsində qaşların rolu böyükdür. Kirpiklər isə gözlərimizin diqqət mərkəzində olmasına kömək edir. Qaşlar gözlərimizin yuxarısında yerləşən nazik tük qatıdır ki, gözümüzə yad cismlərin(tər,yağış suyu,kəpəyin) düşməsini əngəlləyir. Qaşlar həmçinin insanlarla ünsiyyətdə ( təəccüb, əsəb və s kimi üz ifadələrində) böyük rol oynayır.Qaşların gözəl görsənməsi üçün kosmetik vasitələr də vardır ki,insanlar onlar vasitəsilə qaşlarının formasını dəyişə və onlar daha da gözə çarpan edə bilərlər.Uzun kirpiklər gözləlliyin işarəsi hesab edilir. Bunun üçün də, qısa kirpikli xanımlar onları süni və ya təbii yolla uzatmağın yollarını axtarırlar. 1960 cı illərdə xanımlar kirpiklərini daha həcmli və uzun göstərmək üçün kiprik burandan və tuş dan istifadə edirdilər. Bəzi xanımlar isə taxma kirpiklərə və ya kiprik əkilməsi üsüluna üstünlük verirlər.
Qaş və kirpiyin boyanması - Qadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları, məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar. Kirpiklərin rənglənməsi uzun müddət ərzində onların rəngini daha parlaq saxlamağa imkan verir. Bu rənglənmə prosesi çox sadədir: usta kosmetoloq gözün alt sahəsini pambıq disklə bağlayaraq kirpiklərə xüsusi boya çəkir. 5-10 dəqiqə keçdikdən sonra boya yuyulur. Alınan nəticə 2 həftədən 1 aya qədər olan müddət ərzində saxlanılır. Hazırda kirpikləri nəinki ənənəvi qara rəngə başqa rənglərə də boyamaq olar.
Qaş qələmləri -  Qaşlarınız seyrəkdirsə və aralarındakı boşluqlar gözünüzə pis görünürsə, qaş rənginə uyğun qaş qələmi ilə boşluqları doldurun. Qaşların boş hissələrini qələmlə doldurarkən qalın xətlər aparmaq əvəzinə, kiçik və yüngül toxunuşlarla daha təbii görünüş əldə edə bilərsiniz. Qaşların daha düzgün görünməsi üçün mütləq darayın. İstifadə etdiyiniz qaş qələminin saç rənginizi bir az daha tünd bir rəng olmasına diqqət edin. Çünki saçınıza görə çox tünd bir rəng, saçlarınızla qaşlarınız arasında uyğun olmayan, süni və cansıxıcı bir görünüş meydana gətirə bilər.
Gözləriniz böyükdürsə, sizə qalın qaş modelləri daha çox yaraşır. Qaş rənginə uyğun qaş qələmi ilə qaşların ətrafını düzləşdirə bilərsiniz. Daha sonra seyrək görünən qaşların içini qələmlə doldurun. Sonda isə qaşları darayın.
 
Gözləriniz kiçikdirsə, sizə azca əyri və aypara formasında qaşlar daha çox yaraşar. Qaşların ucunu gözün kənarlarına tərəf uzadın. O hissələrdə artıq tüklər varsa, onları təmizləyin və azca əyrilik verin.
 
Gözləriniz ovaldırsa, sizə kəskin aypara (sındırılmış) qaş forması yaraşır. Üzünüzə ən uyğun olan qaş formasını tapmaq üçün bir qələm alın. Onu burnunuzun kənarından göz mərkəzinə tərəf tutun. Beləcə üzünüzə ən uyğun olan qaş formasının nə dərəcədə sizə yaraşdığını tapa biləcəksiniz.


Taxma kirpiklər - Kirpiklərin uzadılması kosmetik salonda aparılan bir proseduradır. Onun köməyi ilə kirpikləri daha sıx, daha uzun və daha qalın etmək olar. Kirpiklərin uzadılması iki tipdə olur:
- Kirpiklərin tək-tək uzadılması
- Kirpiklərin dəstə şəklində uzadılması
Kirpiklərin tək-tək uzadılması - Kirpiklərin tək-tək uzadılması zamanı əlavə ediləcək nazik kirpikciklər xüsusi elastik yapışqan sürtülməsi ilə təbii kirpiklərin əsasına birləşdirilir. Süni kirpiyin təbii kirpiyə birləşdirilən yeri qətiyyən nəzərə çarpmır. Kirpiyin bu cür uzadılması hiss edilməz olur və kirpiklər olan sahədə heç bir diskomfort (narahatlıq) yaranmır. Belə kirpiklər 3 ay müddətində qalır.
Kirpiklərin dəstə şəklində uzadılması - Kirpiklərin dəstə şəklində uzadılması zamanı təbii kirpiklər arasına nazik kirpiklər dəsti yapışdırılır. Bu üsulun üstünlüyü isə onun kirpiklərin tək-tək uzadılmasına nisbətən xeyli qısa müddət ərzində başa çatmasıdır lakin kirpiklərin dəstə şəklində uzadılması göz qapaqlarının cüzi də olsa artıq yüklənməsinə səbəb olur.
Mütəxəssislər kirpiklərin uzunluğunu, hər bir şəxs üçün, onların öz kirpiklərinin vəziyyətindən, gözlərin formasından və qadının istəyindən asılı olaraq, fərdi şəkildə
müəyyən edirlər. 

Kirpiklərin tək-tək uzadılması- Kirpiklərin tək-tək uzadılması  zamanı əlavə ediləcək nazik kirpikciklər xüsusi elastik yapışqan sürtülməsi ilə təbii kirpiklərin əsasına birləşdirilir. Süni kirpiyin təbii kirpiyə birləşdirilən yeri qətiyyən nəzərə çarpmır. Kirpiyin bu cür uzadılması hiss edilməz olur və kirpiklər olan sahədə heç bir diskomfort (narahatlıq) yaranmır. Belə kirpiklər 3 ay müddətində qalır.

Kirpiklərin dəstə şəklində uzadılması - Kirpiklərin dəstə şəklində uzadılması  zamanı təbii kirpiklər arasına nazik kirpiklər dəsti yapışdırılır. Bu üsulun üstünlüyü isə onun kirpiklərin tək-tək uzadılmasına nisbətən xeyli qısa müddət ərzində başa çatmasıdır.Lakin kirpiklərin dəstə şəklində uzadılması göz qapaqlarının cüzi də olsa artıq yüklənməsinə səbəb olur.

Mütəxəssislər kirpiklərin uzunluğunu, hər bir şəxs üçün, onların öz kirpiklərinin vəziyyətindən, gözlərin formasından və qadının istəyindən asılı olaraq, fərdi şəkildə
əyyən edirlər.