Göz kölgələri

Alt menular və Filter

Göz kölgələri haqqında

Geniş məlumatlar

Göz makiyajı

Hər bir xanım iri, gözəl və cəlbedici gözlərə sahib olmaq istəyir. Bunun üçün də xanımlar makiyaj zamanı xüsusilə gözlərini vurğulayaraq ön plana çıxarır. Xanımlar gözlərini vurğulamaq üçün layner,korrektor,tuş ,qelem ,zər və tenlərdən istifdə edirlər.
Hər bir insanın göz forması fərqlidir. Hər kəs göz formasına uyğun makiaj etməlidir.
ÇIXIQ GÖZLƏR - Belə göz formasında göz qapağı daha ön planda olduğu və şiş göründüyü üçün göz qapağını geriyə çəkəcək şəkildə makiyaj etmək lazımdır.
1) Göz qapağını tünd rəngli mat göz kölgəsi ilə kölgələndirin.
2) Eyelineri göz üstünə qalın şəkildə çəkin.
3) Tuş sadəcə üst kipriklərə çəkilməlidir.

KİÇİK GÖZLƏR - Göz qapağı gözün rəngli hissəsinin üzərinə düşərsə, bu kiçik gözdür. Kiçik gözlər üzdəki nisbiliyi poza biləcəyi üçün məqsəd bu gözləri doğru qələm və kölgə tətbiq etməklə daha diqqətəçarpan, iri hala gətirməkdir.
1) Ağ göz qələmini gözün içinə çəkərək kiçik gözləri böyük göstərə bilərsiniz.
2) Gözün xarici hissələrini tünd rənglə kölgələndirərək gözü böyüdə bilərsiniz.
3) Alt və üst kirpiyə sıx şəkildə tuş çəkin.

İRİ GÖZLƏR - İri gözlərə hər növ göz qələmi yaraşır.
1) Tünd rəngləri seçə bilərsiniz.
2) Alt kiprik dibinə tünd rəngdə qələmdən istifadə zamanı gözlər batıq görünər və dolayısıyla kiçilər, amma iri gözlər hər zaman üstündür.
3) Gündəlik makiyaj üçün natural tonlarda kölgə vurduqdan sonra göz qələmini incə bir xətt şəklində alt kipriklərin dibinə çəkə bilərsiniz.
4) Qara rəngli tuşdan istifadə etməklə makiyajı sona çatdıra bilərsiniz.

BİR-BİRİNDƏN UZAQ GÖZLƏR - Belə gözlərdə makiyaj sıxlığı gözün iç hissəsində olmalıdır.
1) Kölgəni göz qapağınızın qıvrımından burnunuza doğru etməlisiniz.
2) Göz bəbəklərinizin olduğu hissəyə tünd rəngli göz qələmi istifadə edə bilərsiniz.
3) Burun kökünüzdən qaşlarınıza doğru edilən kölgələndirmə bir-birinə uzaq olan gözlərinizi yaxınlaşdıracaq və daha dərin baxışlar əldə edəcəksiniz.
4) Üst və alt kirpiklərə qalın tuş çəkin.

BİR-BİRİNƏ YAXIN GÖZLƏR - Bu gözlərdə qaşlara nəzarət etməklə bir-birindən uzaqlaşdırılmalıdır.
1) Göz mənsəbindən göz qapağının ortasına qədər açıq rəngli göz kölgəsindən istifadə edin.
2) Göz bəbəklərinizin olduğu yerə açıq rəngli göz qələmindən istifadə edə bilərsiniz.
3) Eyelineri göz qapağının ortasından gözün xarici ucuna doğru çəkin.
4) Tuşu gözün sadəcə xarici ucundakı kipriklərə sürün.
Korrektor - Korrektorlar kosmetikanın bir növüdür və tünd ləkələri, xalları,məsamələri və başqa qüsurları qapatmaq üçün istifadə olunur. Strukturu tonal kremə bənzəyir Lakin korrektorlar nisbətən daha çox piqmentli olur. Əsasən primer dən sora istifadə olunur.Sulu və quru forması mövcuddur. Bəzən isə korrektorlardan müəyyən sahəni daha geniş göstərmək üçün istifadə olunur. Göz altında olan qaralığı gizlətmək üçün xanımlar korrektor seçərkən üz dərilərində 1-2 ton açıq rəng seçməlidilər. Bundan başqa göy ,yaşıl və sarı korrektorlar da mövcuddur. Sarı rəngdə olan korrektorlar göz altında olan tündlüyü , göy və yaşıl korrektorlar isə qırmızılığı gizlətmək üçündür.
Laynerlər - Son bir neçə ilin makiyaj trendlerini biri də, laynerdir . Geyşa makiyaj modasıyla yüksəlişə keçən bu stil həm göz şəklinizi daha çox üzə çıxarır,həm də makyajınıza fərqli bir hava qatır. Qadınların bu modaya qarşı bir problemi var ki, o da eyeliner necə çəkiləcəyi məsələsidir. Yumru gözləriniz varsa, onları uzunsov göstərmək üçün sürməni gözünüzün sonuna doğru uzadın və qalınlaşdırın. Kiçik gözləriniz varsa, gözlərinizin hamısına sürmə çəkməyin. Xaricə doğru yarım ya da başlanğıcı çox incə olan və gedərək qalınlaşan şəkildə sürmə çəkin. Böyük gözləriniz varsa, çox şanslısınız çünki siz istədiyiniz formanı tətbiq edə bilərsiniz.
Tuşlar -Kirpiklərin tipinə uyğun olaraq kirpik üçün tuş tipi də dəyişir. Buna görə hər kəs öz kirpik tipinə görə tuş və tuş fırçası seçməlidir. Qısa kirpiklər üçün xüsusi qıvrım fırçalar rahatdır. Bu fırçalar kirpikləri ağırlaşdırmadan uzadaraq diqqətəçarpan hala gətirir.
Möhkəm tükləri olan fırça qalınlaşdırıcı xüsusiyyətə malikdir və  kirpikləri tək-tək rəngləyir. Yalnız üst kirpiklərə tətbiq olunan tuş çox sadə və yüngül bir görünüş verər.Uzun alt kirpik istəyənlər yuxarıdan həcm qazandırmaq üçün üfüqi toxunuşlarla fırçadan istifadə etməlidirlər.Çox təbii görünüş istəməyənlər ilk qat quruduqdan sonra ikinci qatı çəkə bilərlər.   Hər gün tuşdan istifadə etmənin heç bir zərəri yoxdur. Hətta bir çoxunun bəsləyici xüsusiyyəti vardır. Əhəmiyyətli olan tuşdan doğru istifadə edilməsidir. Kirpik üçün tuş təmiz və quru kirpiklərə tətbiq olunmalı və hər gecə təmizlənməlidir. Linzadan istifadə edirsinizsə, linzaları tuşdan əvvəl taxmaq əhəmiyyətlidir.
Qələmlər - Gözlər üçün qələm seçərkən gözlərinizin diqqət cəlb etməsi üçün göy, qara, mavi, qəhvə rəngli göz qələmlərindən istifadə edə bilərsiniz. Göz qələmini istifadə etmək üçün göz qapaqlarını çölə doğru kənara çəkib uzun şəkildə qələmi çəkə bilərsiniz. Təbii ki, qələmdən hər bir xanım istifadə edə bilir. Qələmdən istifadə edərkən gözləriniz quruluşunu da nəzərə almalısınız. Qələmi nə qədər çəkdiyinizə də fikir verməlisiniz. Əgər daha çox gözləriniz cəlbedici olmasını istəyirsinizsə qələmi daha da qalın çəkə bilərsiniz.
Zər və tenlər - Göz kölgələri göz qapağına tətbiq edilir və gözləri çəkici göstərir. Göz kölgələri müxtəlif rəngli və teksturalı olur. Əsasən toz,qələm və maye şəklində olur. Qəhvəyi tonlar daha çox gündəlik istifadə üçündür. Barmaq və ya fırça ilə tətbiq edilir. Göz kölgələri seçimi də sizin göz makiyajınız üçün çox vacibdir. Göz kölgələrini daha çox geyindiyiniz hər hansı geyimin rənginə uyğunlaşdırmanız daha yaxşı olardı. Ən əsası da sizin istifadə etdiyiniz göz kölgələri sizin üz rənginizlə də uyğunlaşmalıdır.