Kirşan

Alt menular və Filter

Kirşan haqqında

Geniş məlumatlar

Cavan qadınlarda quru dəri zərif, elastik və yaxşı dartılmış şəkildə olur. Dəridəki məsamələr bağlı olaraq nəzərə çarpmır, səthində praktiki olaraq sızanaq və civzələrə rast gəlinmir. Dəriyə qulluq özündə 4 ən əhəmiyyətli addımı birləşdirir: təmizləndirilməsi ,qidalandırılması (yumşaldılması),nəmləndirilməsi və qoruması. Su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayrıd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri. Alimlər müəyyən etmişlər ki, dərinin qocalması prosesi cinsi yetkinlikdən sonra başlayır. Məhz buna görə, dəriyə daimi olaraq düzgün qulluq edilməsinə 17-18 yaşlarından başlamaq lazımdır ki, o da cavan və sağlam qalsın. 25-30 yaşlarından sonra dərinin qocalması sürətləndiyi üçün, xüsusi vasitələrdən (cavanlaşdırıcı kremlər, maskalar, masaj, xüsusi gimnastika və s.) istifadə edilməsi vacib hesab edilir.

Baza və korrektorlar - Makyajı üz şəklinə görə etmək lazımdır. Çünki ,üzünüzə görə makyaj etdikdə siz üzün xarakteristikasını ortaya çıxardırsınız Üzə görə makyaj edərkən doğru texnikaları istifadə etməyi təklif edirik. Üz tipinizə uyğun olaraq edilən makiyaj daha təsirli olur  və daha çox diqqət çəkər. Etdiyiniz makyajın diqqətə çarpan olmasını istəyirsinizsə yazımızdakı makyaj təklifləri tam sizə görədir.
Piqment ləkələrini gizlətmək üçün - Əvvəlcə dərini təmizləyin. Dəri tonuna yaxın korrektorla ləkələrin üzərinə azca krem çəkin. Ləkələr görünməyənə qədər korrektoru çəkin. Korrektorun qalın görünməməsi üçün ləkənin ətrafına da yayın. Daha sonra üstündən tonal və ya kirşan çəkin.

Qızartı və sızanaqları örtmək üçün - Yaşıl rəngli korrektoru qızartı olan yerə və sızanaqların üstünə çəkin.

Qırışları gizlətmək üçün - Dəri tonundan 1 ton açıq  və ya şəffaf  korrektoru qırış olan hissələrə çəkin. Korrektoru barmağınızla və ya fırça ilə dəriyə yedirin.

Tonal krem: Mükəmməl makiyajın sirri.. təbii ki hər şeydən əvvəl doğru tonal kremini seçmək lazımdır. Ona görə də, ən birincisi, üz dərinizə uyğun tonal kremi tapmalısınız.Unutmayın ki, tonal kreminin doğru və ya yanlış vurulması makiyajınızı tamamilə dəyişdirir.Rəngi test edərkən kremi üzümüzün rənginə çox uzaq olan əlimizə deyil, çənə sümüyümüzə vurmalıyıq

Quru dəri:  yağ tərkibli tonal kremlərə üstünlük verin.

Yağlı dəri: Daha çox matlaşdırıcı tərkibli kompakt tonal kremlərdən istifadə edin

Normal dəri: Krem tərkibli tonal kremdən istifadə edin.

Maye tonal krem - Maye (liqued ) ən zəif təsir yaradır. Barmaq ucları ilə vurmağınız məsləhətdir.Ovcunuzun içinə aldığınız bir damla maye tonal kremini barmaq uclarında üzünüzdə paylaşdırın və yuvarlaq hərəkətlərlə yayın.Tonal kremin artığını süngər vasitəsi ilə götürə bilərsiniz.Daha zəif təsir yaratmaq istəyirsinizsə, tonal kremini süngər vasitəsilə zəif toxunuşlarla vura bilərsiniz.

Qatı tonal krem - Adından da başa düşdüyünüz kimi, bu tonal krem qatıdır. Daha çox qapadıcılığa malikdir və qalıcılığı da çox olur. Bu tip tonal kremlər professionaldır. Daha çox bu tonal kremlərini gündəlik yox, ziyafətə getdikdə istifadə edirlər.

Pudra:  Pudranın  makiyajın qalıcı olmasında əhəmiyyətli rolu var. 2 növ pudra vardır. Kompakt və Transparant. Kompakt pudranın tərkibi çox zaman minerallar ilə zəngin olur. Kompakt pudra transparan pudraya nisbətən daha çox qapadıcılığa malikdir.
Transparan pudra istifadəsi
Üz bölgəmizdə istifadə edilən pudra növləri fərq yarada bilməkdədir. məsələn T bölgəsinə çəkəcəyimiz pudralarda ponpon köməyi ilə transparan pudralama istifadə edə bilərik. Transparan pudra gözlərəmiyin alt qisimlərinə və T bölgəsi ətrafında istifadə edilən, həssas dərilər üçün təklif edilən makiyaj növlərindən biridir. Ayrıca tonal krem altına da transparan pudralar seçilməkdədir.
Ümumiyyətlə tonal krem istifadə edən xanımlar transparan pudranı istifadə etməyi üstün tutar. Tonal krem istifadə etməyəyən  xanımlar isə sıxışdırılmış pudranı istifadə edirlər.

Rumyana :Mütəxəssislər, ənlik fırçasının yumşaq və uzun tüklü olması, tez-tez yuyunması lazım olduğunu da ifadə edərək, "Ənliyin rəngi dəri rənginə uyğun olaraq çəhrayı və ya torpaq tonlarında olmalıdır. Ənlik, əsla bir ləkə kimi dayanmamalı, çox yüngül istifadə edilməli, fırça basdırılmadan yüngülcə dəydirilərək çəkilməlidir. Gecə makiyajında istifadə edilən ənlik bir az daha tünd ola bilər. Yumru bir üzü daha incə göstərmək üçün ənliyi, almacıq sümüklərinin altından gicgahlara doğru və gicgahlara çəkməlisiniz. Bucaqlı bir üzdə, almacıq sümüklərinin üzərinə və çənənin alt - yan sərhədinə ənlik çəkilsə üzdə daha yumşaq bir ifadə təmin edilə bilər. Yazda üzünüz günəşdən bürüncləşdiyində hər vaxt istifadə etdiyinizdən daha tünd bir ənliklə üzünüzə işıltı qatmalısınız" deyirlər. Makiyajın ən əhəmiyyətli addımlarından biri olan ənliyin 4 növü var: Təbii məzmunlu mineral ənliklər, parlaq olan stick ənliklər, təzə görünüş verən krem ənliklər və istifadəsi sadə olan pudra ənliklər. Bunlardan hansını seçəcəyiniz isə sizə qalır.