Manikür, Pedikür

Filter
Manikür, Pedikür haqqında

AZBaxımlı, gözəl əllərlərə və ayaqlara sahib olan qadınlar özlərini daha feminen hiss edirlər. Hər cür xarici faktora məruz qalan əllərimizin və ayaqlarımızın etinalı bir baxıma ehtiyacı vardır. Əl və ayaqlara qulluq vacib şərtlərdən biridir. Onlarda isə ilk nəzərə çarpan dırnaqlardır. Uzun və ya qısa olmasından aslı olmayaraq dırnaqlara daimi qulluq etmək lazımdır. Əgər dırnağınızın quruluşu sizi narahat edirsə, bu zaman siz ya professional manikür ustalarına müraciət edə ya da professionalların istifadə etdiyi məhsulları Keproshopdan alıb özünüz dırnaqlarınızın qayğısına qala bilərsiniz.

Manikür etmək üçün hansı üsulları bilmək lazımdır ?

İlk əvvəl manikür zamanı dırnağınızda lak varsa onu mütləq şəkildə silin. Lakin asetonun dırnaq kutikulası ilə təmas etməməsinə diqqət yetirin. Çünki aseton dırnaq kutikulasını quruda bilər. Qətiyyən dırnaqlarınızı asetonun işərisinə salıb gözlətməyin.Bu dırnaqlarınıza zərər verə bilər. Dırnaq dibini(kutikulasını) taxta və ya dəmir çubuq vasitəsi ilə geri itələyin. Sonra kutikulanın üzərinə kutikula üçün nəzərdə tutulmuş məhlul sürtün. Dırnağınıza forma vermək üçün uzunluğunu kəsim kusaçkisi ilə bərabərləşdirin.Dırnağın uzunluğunu qısalda və ya digər dırnaqlar ilə bərabər edə bilərsiniz.
Daha sonra dırnağınızı pilkalayın.Pilka seçərkən keyfiyyətli və zərif pilka seçin. Dırnaqlarınızı pilkaladıqdan sonra yaxşı pilkalandığından əmin olmaq üçün onları neylon coraba sürtüb yoxlayın. Əgər ilişmirsə deməli pilkalama uğurlu olub. Pilkalanmadan sonra dırnaq ətini kutikul qayçısı vasitısi ilə alın. Daha sonra dırnaqlar iliq suda 3-4 dəq saxlanılır. Suyun tərkibinə manikür üçün nəzərdə tutulmuş maye əlavə olunur. 

Dırnaq boyama

Səliqəli boyanma üçün dırnaqlarınızı dibdən yox ortadan boyamağınız məsləhətdir. Dırnağa xüsusi dizayn verə birərsiniz .Half moon, Fransız manikürü və Ombre hər zaman dəbdə olan dizaynlardandır. Dırnaq lakının qalıcı olmasını istəyirsinizsə, bu zaman dırnağınıza Şellak edə bilərsiniz. Şellak 3-4 həftəyə yaxın dırnaqda qalır. Lak seçərkən dırnağınızın uzunluğunu və fəsili nəzərə alın. Qış fəslində daha çox tünd rənglərə, yay fəslində isə daha çox açıq,rəngli laklara üstünlük verməyiniz məsləhətdir.Lakin tez quruması üçün quick dry (qurudan) vasitələrdən istifadə edə bilərsiniz.Lakın uzun müddətli və parlaq olması üçün sonlandırıcı şəffaf laklardan istifadə edə bilərsiniz. Mat effekt vermək üçün isə matlaşdırıcı lakdan istifadə edə bilərsiniz. Dırnaq dibinə kutikulanı nəmləndirici xüsusi yağ istifadə olunur.

Pedikürü necə etməli?

Ayaq dırnaqlarınızdakı lakı sildikdən sonra ayaqlarınızı iliq suya salın və 5-10 dəq saxlayın. Suyun içinə pedikür üçün nəzərdə tutulmuş məhlul əlavə edin. Bu məhlul ayaqlarınızı yumuşaltmaq ilə yanaşı həm də yorğunluğu götürəcəkdir. Dırnaq ətlərinizi pedikür aləti vasitəsi ilə götürün, kəsin və pilkalayın. Daha sonra daban daşı vasitəsi ilə pəncə və daban hissəni sürtün.Beləliklə ayağınızı ölü dəridən tam təmizləmiş olacaqsınız. Dırnağınıza lak sürtün.Dırnaq dibinə nəmləndirici xüsusi yağ istifadə edərək pedikürü tamamlın. Manikür və pedikürdən başqa dırnaq və əllərə gündəlik qulluq da vacibdir. Dırnaqlarınız tez qırılırsa, tərkibində vitamin olan bərkidici laklardan istifadə etməyiniz məsləhətdir. Bu tip şəffaf laklar müalicə xarakteri daşıyır və dırnaq qırılmasının qarşısını alır. Nəmləndirici əl kremindən gündəlik istifadəyə üstünlük verin.Həftədə 1 dəfə əl üçün nəzərdə tutulmuş sklrabdan istifadə etsəniz kremin əl dərisinə daha yaxşı hopmasını təmin etmiş olarsınız. Əllərinizin daha yumuşaq olmasını istıyirsinizsə, əllərinizə vaxt aşırı parafin terapiası edin.

Manikürün və pedikürün faydaları 

Manikür və pedikür zamanı hansı aksessuarlara ehdiyyac vardır? Pilka –Dırnağa forma vermək üçün nəzərdə tutulub. 2 növü vardır. Dırnaq içindən və çölündən istifadə olunan pilkalar.Əgər pilkanız tək tərəflidirsə, onu da istifadə etmək olar. Dırnaq dibini itələmək üçün xüsusi taxta və ya dəmir çubuq. Dırnaq ətini götürmək üçün qayçı. Dırnaq kusaçkisi – Dırnaq dibindəki daha dərin ətləri götürmək üçün istifadə olunur. Dırnağın uzunluğunu kəsmək üçün kusaçki. Döyənəyi aradan götürmək üçün alət. Dırnaqları suda saxlamaq üçün qab.Əl və ayaq üçün ayrı-ayrı qab istifadə etməyə diqqət yetirilməlidir. Manikür dəsmalı- gigenik cəhətdən təmiz olan bu dəsmalları əl və ayağı qurulamaq üçün istifadə edirlər.Manikür zamanı qanama kimi hallar baş verirsə bu dəsmallar tullanılır. Manikürün və pedikürün faydalarıKrem ilə masaj əldə qan dövranını yaxşılaşdırır. Dırnaq kövrəkliyi,qırılması,soyulması kimi halların qarşısı alınır. Dırnaq əti götürülür. Sonda parıltılı,formalı və güclü dırnaqlara sahib olunur. İstifadə olunan parafin,krem, yağ və emulsiyalar dırnaq və dəri quruluşunu yaxşılaşdırır. İstifadə olunan skrab vasitəsi ilə ölü dəri aradan qaldırılır.