Əl və ayağa qulluq

Filter
Əl və ayağa qulluq haqqında

Ayaqların sağlam və gözəl görkəmli olması üçün onlara müvafiq qulluq lazımdır. Ayaqlara qulluq əl və üzə qulluq qədər önəmlidir. Ayaqlara çox yük düşür,ona görə ki,bütün gün ərzində bədənin ağırlığına dözməli olur.Buna görə də ayaqlara xüsusi diqqət verilmək lazımdır.Ayağı xüsusi canlandırıcı maye və su qarışığı olan isti vannaya salıb 15-20 dəq gözləmək lazımdır. Vannadan sonra ayaqdakı kobudlaşmış dəri pemza (süngər daşı) və ya xüsusi pedikür fırçası ilə təmizlənir. Həftədə bir dəfə dabanları ayaq üçün olan skrabla (nanə ekstraktlı) təmizləməkolar. Onu cilalayıcı çubuğa çəkib 2-3 dəqiqə ərzində dabanlarınıza sürtün, sonra su ilə yaxalayıb proseduru təkrarlayın. Ayaqlara qulluq zamanı pedikürü unutmaq olmaz. Pedikürdən əvvəl ayaq üçün olan gigenik sprey istifadə etmək məsləhətlidir . Çünki o ayaqda olan mikrobları öldürür. Ayaq dırnaqlarını düz formada kəsmək lazımdır. Küncləri kəsməyin , yoxsa  dırnaq dəriyə bata bilər. Kutikul pərdəsini də kəsmək məsləhət deyil, çünki o dırnaq dibini bakterialardan qoruyur. Sadəcə krem vuraraq çubuqla arxaya çəkmək lazımdır. 

Üz dərisinə qulluq daha çox vacib hesab edilir. Lakin əllərin üzdən daha çox qulluğa ehtiyacı var. Ona görə də əllərə qulluq etməyə yubanmadan başlamaq lazımdır ki, sonradan qırışlarla üzləşməyəsiniz. Nəzərə alın ki, bu nahiyədəki problemi plastik əməliyyatla da aradan qaldırmaq mümkün deyil. Əllərə qulluq nəinki gigiyenik cəhətdən, həm də estetik cəhətdən çox  vacibdir. Qadinin əlləri onun haqqinda hər şey deyir.  Əllərin tez-tez su ilə təmasda olması  əllərin dərisini qurutmasına səbəb olur. Buna görə də əllərə xüsusi qayğı göstərməliyik.Belə ki əlinizin dərisi 4-5 dəfə digərlərindən daha az nəmlidir.  Əlləri nəmləndirici, qidalandırıcı və sıxılaşdırıcı xüsusiyyətlərə malik təbii kremlərlə qorumaq lazımdır. Həftədə bir dəfə skrab istifadə etsəniz əlləriniz daha hamar olacaqdır. Həmçinin istifadə olunan skrab kremin effektliliyini daha da artırır.