Qadın üçün

Filter
Qadın üçün haqqında

Ətir hər qadının həyatında əhəmiyyətli bir yer tutur. Bir insanın qoxusu onun ən böyük özəl xüsusiyyətidir. Aradan illər keçdikdən sonra tanıdığınız bir adamın adını unutmuş olsanız belə qoxusunu əsla unutmayacağınız elmi araşdırmalarla dəfələrlə sübut edilib. Ətirlər spirt, bir sıra aromatik yağ və sudan ibarətdir. Bu yağlar dəriyə çökdüyündə hər bədən tipinə görə fərqli reaksiya göstərir. Bir bədəndə yüngül, digər bədəndə güclü reaksiyalar da qoxuların fərqli şəkildə iy verməsinə səbəb olur. Ətirin spirt tərkibi nə qədər çoxdursa qalıcılığı da o qədər uzundur. Təbii bir ətirin qalıcılıq dərəcəsi yüksəkdir. Ancaq aşağı spirt nisbətinə sahib qoxuların ən gec altı ay içində istifadə etmək mümkündür. Ətirin qalıcılığı dərinin tipiylə yaxından əlaqəlidir. Quru cildlər qoxunun aromatik tərkibini yağlı cildlər qədər yaxşı mühafizə edə bilməz. Ətrin qalıcılığını uzadan ən ideal bədən bölgələri arasında gicgahlar və biləklərdir. Qeyd olunan bu bölgələr qan damarlarının dəriyə ən yaxın olduğu yerlərdir. Bu da ətrin bu bölgələrdə mükəmməl şəkildə bədənə hopmasını təmin edir. Mütəxəssislər, ətirin ən ideal istifadə zamanının duş sonrası olduğunu qeyd edirlər. Sürətli qan dövranı səbəbindən bədən istiliyi, qoxunun dəriyə daha qalıcı bir şəkildə hopmasını təmin edir və aromanın dəyişməsinə səbəb olur.