Dəriyə qulluq

Filter
Dəriyə qulluq haqqında

İnsan dərisi 3 qatdan ibarətdir: epidermis,derma (dərinin özü) dərialtı piy toxuması. Ətraf mühitin təsirinə bilavasitə məruz qalan xarici qat epidermis adlanır. Bu qatın qalınlığı təxminən 0,3-1 mm-dir. Ən nazik epidermis qatı göz qapaqlarında , ən qalın epidermis qatı isə əllərin iç və ayaqların alt səthində olur. Epidermis - özü də bir neçə təbəqədən ibarətdir. Aşağı qatın hücrələri daimi olaraq bölünürlər və yuxarıya tərəf hərəkət edirdilər.

Epidermisin vəzifəsi

Epidermisdə yeni dəri hüceyrələri yaranır. Dəri hüceyrələri epidermisin aşağı hissələrində yaranır və 1 aya dəri üzərinə çıxır. Müəyyən müddət sonra bu hüceyrələr ölərək dərinin üst qatından kiçicik pulcuqlar şəklində laybalay xaric olurlar. Dərini bir qədər sürtərək ona mikroskop altında baxdıqda ,onun səthindən qopub xaric olan kiçik tozcuqları görmək olar.Bunlar məhz ölmüş hüceyrələrdir. Dərinin səthində olan bu ölmüş hüceyrələr dərinin tam şəkildə nəfəs almasına,həmçinin kremlərin ,maska və s. bu kimi vasitələrin tərkibində olan faylı maddələrin dəriyə daxil olmasına mane olur. Məhz buna görə, vaxtaşırı olaraq ölmüş hüceyrələri dəri səthindən xaric etmək üçün skrab və ya pilinqdən istifadə etmək lazımdır. Bu bir növ dərinin əsaslı şəkildə təmizlənməsidir. Epidermis hüceyrələrinin tam şəkildə yenilənməsi 26-28 gün ərzində baş verir. Buna görə də, dəriyə qulluq edilməsi üçün istifadə edilən kosmetoloji vasitələrin (kremlər,maskalar və s) effekti də çox tez olmur.Bu effekt yalnız köhnə dəri hüceyrələri müalicəvi tərkiblərin təsirinə məruz qalan yeni hüceyrələrlə tam şəkildə əvəz olunandan sonra (yəni 1 aydan sonra) baş verəcəkdir. Lakin seçdiyiniz krem,zərdab,lasyon və s. Kimi məhsulların dəri tipinizə uyğun olmasına diqqət yetirin. Hər dəri tipi üçün fərqli tərkibdə məhsullar vardır. Əgər dəri tipinizi müəyyənləşdirməkdə çətinlik çəkirsinizsə, bu zaman siz Keproshopdakı məsləhətçilərin köməyindən yararlanaraq xüsusi aparat vasitəsilə dəri tipinizi və ona necə qulluq etməyin yollarını asanlıqla öyrənə bilərsiniz. Dəri tonun rəngi epidermisin vəziyyətindən aslıdır. Epidermisde dəri tonu nizamlayıcı melanin əmələ gəlir. Dəri tonunuzu bərpa etmək üçün xüsusi serum,krem və yağları Keproshopdan əldə edə bilərsiniz. Dərinizi qoruyur- Epidermisdə xüsusi hüceyrələr vardır ki, immunitet sisteminin bir hissəsidir və dərinin sağlamlığını təmin edir.

Gözəl və hamar dəri 

Derma (dərinin özü) – dərinin daha qalın qatıdır (2,5 mm–dək). Derma bir–biri ilə çarpazlaşaraq özünəməxsus karkas (tor) əmələ gətirən zülal tərkibli kollagen və elastin liflərdən ibarətdir ki, bizim dərimiz sanki onun üzərinə dartılmışdır. Dərinin elastik və qırışıq olması da məhz bu liflərin vəziyyətindən aslı olur. Kollagen liflər nəmliyi həm özlərində hopdurur,həm də toplayırlar. Onlarda nəmlilik nə qədər çox toplanırsa, bizim dərimiz də o qədər hamar və elastik görünür. Derma qatının ikinci vacib vəzifəsi – epidermisin oksigen və qida maddələri ilə ( vitamin, zülallar, mineral maddələr, mikroelementlərvə amin turşuları) təmin edilməsidir. Epidermis qatının özündə qan damarı olmur. Derma qatı isə çoxlu sayda xırda kapilyarlarla zəngin olduğu üçün qida maddələri ilə yaxşı təmin edilir. Epidermis və derma qatları bir- biri ilə sıx şəkildə əlaqəlidirlər. Ancaq insan orqanizminin qocalması ilə bu əlaqə getdikcə zəifləməyə başlayır. Bunun nəticəsində epidermis qatı getdikcə daha az miqdarda oksigen və qida maddələri alır ki, bu səbəbdən də insanən dərisi qocalır. Yəni dəri qocalmasının əsas səbəbi dərinin quru olmasıdır. Dərinin qocalmasının qarşısını almaq üçün daima nəmləndirici və qidalandırıcı maska serum və kremlərdən istifadə etmək məsləhətlidir.Bu vasitələr ilə siz dərinizin vaxtından əvvəl qocalmasının qarşısını ala bilərsiniz. Siz Keproshopda professional üzə qulluq məhsullarının hər birini tapa bilərsiniz.

Dermanın digər vəzifələri

Dermada tər vəzləri yerləşir. Tər vəzləri bədəndə lazım olmayan maddərin xaricinə kömək edir və dərini sərin saxlayır. Dəri üzərindəyi tüklərin kökləri dermada yerləşir. Dermada yağ ifraz olunur ki, bu ağ da dərini yumuşaq və hamaredir. Əgər yağ çox ifraz olunarsa, bu zaman dəridə acne (qara nöqtələt və sızanaqlar əmələ gəlir) Bu tiplərinə daima Keproshopdan tapa biləcəyiniz yağlı dəri üçün olan maska,krem və yuyucu gel vasitəsi ilə qulluq edə bilərsiniz.