Sellülİt əleyhİnə

Filter
Sellülİt əleyhİnə haqqında

Dünya qadınlarının 90-95%-i sellülitdən əziyyət çəkir. Orqanizm daxilində yaranan və getdikcə özünü xarici görkəmdə büruzə verən problemdir. Sellülit (bud və baldır nahiyələrində «portağal qabığı» effekti) hətta ən gənc qızlar və qadınlarda dəri və dərialtı toxumalar arasında elastik layı təşkil edən dərialtı ara hüceyrələrinin qalınlaşması nəticəsində əmələ gəlir.
Sellülit piy toxumalarının strukturunun dəyişilməsidir. Orada mübadilə pozulması nəticəsində dəri altında mikro düyünlər əmələ gəlir, qan və limfa dövranında pozğunluqlar törənir, mübadilənin son məhsulları toplanır, nəticədə dəri kələ-kötür görkəm alır. Beləliklə, dəri bəzi yerlərdə özünə toxumaların ətraf təbəqəsini cəlb edərək, əzələlərin dərialtı təbəqəsinə yapışır və sellülit yaranır. Sellülit problemi birdən yaranmır, limfaların dövranı və toxuma-mineral balansı arasındakı disbalans illərlə meyana gəlir. Problemli sahələrə antisellülit vasitələrlə qulluğa nə qədər tez başlasanız, effekt bir o qədər yaxşı olacaq