Bədən

Filter
Bədən haqqında

Bədənə qulluq da üzə qulluq qədər vacibdir. Bədən dərisi də üz dərisi kimi fərqlidir. Onlar əsasən quru,yağlı və normal olur. Bədənə qulluq etdiyimiz zaman müxtəlif lasyon , krem , yağ , duş geli və skrabdan istifadə edirik. Bədən üçün nəzərdə tutulmuş skrablar epidermisin üzərində yerləşən ölü hüceyrələri aradan qaldırır və bədən dərisinin rahat nəfəs almasını təmin edir. Skrab istifadə etdikdən sonra dəri hamar olur. Skrabı bədəni 1 dəfə duş geli ilə  yuduqdan sonra istifadə etmək daha məsləhətlidir. Bədən üçün istifadə edilən krem və lasyonların tərkibində qidalancırıcı yağların olmasına üstünlük vermək lazımdır. Bədənə düzgün qulluq, nəmləndirmə və qidalanma arıqlama və kökəlmə zamanı bədəndə yaranan çatların qarşısını alır. Qış aylarında  bədən dərisi günəş şüası az qəbul etdiyi üçün solur. Krem və lasyonlardan istifadə etməklə fəsildən aslı olmayaraq dərinizin canlılığını qoruyub saxlaya bilərsiniz. Yay aylarında günəş vannası qəbul etdikdən sonra istifadə ediləcək nəmləndirici, qidalandırıcı lasyonlar,kremlər dəridə quruluğun  qarşısını alır və günəş vannasının təsirinin uzun müddət qalmasını təmin edir. Bədən üçün nəzərdə tutulmuş duş gellərinin tərkibində xüsusi maddələr vardır ki, onlar bədəni təmizləməkla yanaşı dəriyə xoş qoxu və nəmlilik bəxş edir. Bədən masajı zamanı tərkibi zəngin olan və masaj üçün nəzərdə tutulan yağlara üstünlük vermək məsləhətdir. Həmin yağlar masaj vasitəsi ilə dəriyə hopur , dərini  yumuşaldır və qidalandırır.