Depİlyasİya vasİtələrİ

Filter
Depİlyasİya vasİtələrİ haqqında

Krem-depilyatorlar tükləri əridərək onları yumşaldır. İstənilən yeni krem və ya spreyi allergiya verməyəcəyinə əmin olmaq üçün testdən keçirmək lazımdır. Qeyd etmək lazımdır ki, hal-hazırda həssas dərilər üçün xüsusi vasitələr mövcuddur.İstənilən krem-depilyatorlar sizin dərinizdə allergiyaya səbəb olsa siz mumdan istifadə edə bilərsiz.          Mum epilyasiyası- ən sadə və effektli üsullardan biridir. Prosedur zamanı soyuq, ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər hansı bir zonanın üzərinə yaxılır və bir neçə saniyədən sonra sürətlə (birdən) qopardılır. Bu üsul, tükün dartılıb qoparılması ilə əmələ gəlir, lakin tükün falikulu bu vəziyətdə zədələnmir. Bu prosedur o qədər də ağrılı deyil. Baxmayaraq ki, kosmetologiyada yeni texnologiyalar əldə edilib, mum epilyasiyası öz yerini vermir.18-35 yaşlı qadınlar arasında aparılan sorğulara görə mum epilyasiyası hələ də aktualdır.  Bu da ondan irəli gəlir ki, kimsə yeni texnologiyalara güvənmir, kimsə klassik metodlara üstünlük verir, kim isə prosedurlar ona ağrısız gəldiyi üçün başqa bahalı prosedurlara artıq xərc cəkmək istəmir..Öz “köhnəliyə” baxmayaraq mum epilyasiyası bir neçə üstünlüklərə malikdir: effetlik, tezlik, ucuz qiymət və dərinin zədələnməməsi. Üstünlükləri : tükün rənginin və bərkliyinin fərginin  olmaması, tüklərin uzanmasını azaltması, hər bir dəri tipinə uyğun olması,tüklərin nazikləşmə prosesini stimullaşdırması, qiymətlərin yüksək olmaması. Düzdür, mum epilyasiyasının effektliyi fərdi səbəblərdən asılıdır. Amma çox vaxt dəri 3-4 həftə hamar qalır. Mum epilyasiyasına olan qiymətlər başqa epilyasiyalarla fərqli olaraq qat qat aşağıdır.  Prosedur zamanı tükün uzunluğu ən azı 5 mm olmalıdır, buna görə də depilyasiya üsullarından istifadə etmək lazım deyil. Prosedurdan sonra sakitləşdirici vasitələrdən( yağ,sprey, təravətləndirici gel) istifadə etmək lazımdır. Epilyasiya olan zonanı tərkibində spirt olan vasitələrlə silmək olmaz.