Üz

Filter
Üz haqqında

Dəriyə qulluq özündə 4 ən əhəmiyyətli addımı birləşdirir: təmizləndirilməsi ,qidalandırılması (yumşaldılması),nəmləndirilməsi və qoruması. Su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayrıd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri. Alimlər müəyyən etmişlər ki, dərinin qocalması prosesi cinsi yetkinlikdən sonra başlayır. Məhz buna görə, dəriyə daimi olaraq düzgün qulluq edilməsinə 17-18 yaşlarından başlamaq lazımdır ki, o da cavan və sağlam qalsın. 25-30 yaşlarından sonra dərinin qocalması sürətləndiyi üçün, xüsusi vasitələrdən (cavanlaşdırıcı kremlər, maskalar, masaj, xüsusi gimnastika və s.) istifadə edilməsi vacib hesab edilir.

Quru dəri- Quru dəriyə daim olaraq düzgün qulluq etmədikdə o, tez bir zamanda qocalaraq qırışlarla örtülə bilər. Dərinin quru olmasının səbəbi piy vəzlərini tərəfindən kifayət qədər piy ifraz olunmamasıdır. Bu pi dərini qurumaqdan qoruyur,elastikliyini saxlayır və nəticədə qocalmaqdan qoruyur. Quru dərini təmizləyərkən məhz bu tip dəri üçün nəzərdə tutulmuş təmizləyici  vasitələrdən (skrab,penka və s)  istifadə etmək lazımdır.  Bu vasitələr , demək olar, köpüklənmirlər və onlarddan istifadə edildikdən sonra üzün dərisinin dartılması hissiyatı baş vermir. Qıcıqlanmauya və qızarmağa meyilli olan dərilər üçün isə xüsusi  preparatlar hazırlanmışdır ki, onlar dərini təmizləməkdən savayı,onun qızarmasını və qıcıqlanmasını da aradan götürə  bilir. Axşamlar quru dərini bu tip dəri üçün nəzərdə tutulmuş tərkibində sakitləşdirici və qidalandırıcı maddələr olan süd ilə təmizləmək olar. Kosmetik südün qalıqlarını nəm tamponla yaxşı sildikdən sonra ,dəriyə quru dəri üçün nəzərdə tutulmuş gecə kremi çəkmək lazımdır. Quru dəriyə  çox nadir hallarda skrablanma tələb oluna bilər. Bu tələbat yarandıqda isə məhz quru dəri üçün nəzərdə tutulan və tərkibində kobud hissəciklər (onlar dərini zədələyə bilər) olmayan xüsusi skrablardan istifadə etmək lazımdır.Quru dəri üçün günəş süaları zərərli hesab edilir.  Buna görə də günəşli günlərdə çölə çıxmamışdan qabaq  dərinizə mütləq günəşdən qoruyucu krem sürtmək lazımdır.Otaqların mərkəzi qızdırıcı sistemlər və ya kondisionerlə  qızdırılması otaqdakı havanın qurudulmasına səbəb olduğu üçün ,quru dərisi olanlar üçün çox zərərli hesab edilir. Bunun üçün qış aylarında üzünüzü tez tez nəmləndirmək məsləhətdir.

Yağlı dəri-Sarı boz  və ya torpaq rəngində olur. Yağlı dəri quru dəriyə nisbətən gec qocalır.  Parlaq və yağlı görünüşə malik olan dəninin üzərində genişlənmiş məsamələr , iltihablaşmış sahələr (civzələr,sızanaqlar) da görünür. Bu dəri  diqqətli  qulluq tələb edir. Yağlı dəriyə qulluq edilməsi, istənilən digər tipə olan qulluq kimi, təmizlənmə ,qidalandırma(yumuşaltma) nəmləndirmə və qoruma kimi prosedurlardan ibarətdir. Yağlı dəriyə qulluq göstərilməsinin əsas şərti onun təmizlənməsidir. Quru dəridən fərqli olaraq yağlı dərinin piy vəzləri çoxlu miqdarda piy ifraz edirlər ki, bu piy də bakteriyalara yaxşı qidalı mühit yaradır. Nəticədə yağlı dəri tez-tez iltihablaşır,onun üzərində sızanaqlar əmələ gəlir. Yağlı dərisi olan insanlara tez tez çox isti su ilə üzünü yumaq və sabundan istifadə etmək olmaz. Ona görə ki, bu zaman piy vəzlərinin fəaliyyəti daha da artmış olur. Üzü azca ilıq su ilə yumaq , bu zaman yağlı və problemli dərilər üçün nəzərdə tutulmuş xüsusi yuyucu vasitələrdən (gel, emulsiya,krem və s) istifadə etmək  lazımdır. Onların tərkibində meyvə turşuları ,mikrobları öldürən əlavələr ,piy ifrazını normallaşdıran maddələr daxil edilir. Dəridə sızanaqların, civzələrin əmələ gəlməsinə meyillilik olarsa,üzün yuyulmasında məsamələri yaxşı təmizləyən xüsusi fırçalardan istifadə etmək məsləhət görülür.