Günəş seriyası

Filter
Günəş seriyası haqqında

SPF (Günəşdən qoruyucular ) Nədir?
SPF-lər müxtəlif tərkibə malikdir və dərini ultra bənövşəyi şüaların zərərli təsirindən qoruyur. Bu şüalar dərini zədələyir, qurudur , yanıq, qırış , qızartılar və ləkələr əmələ gətirir. Bu şüalar 20 dəqiqə ərzində qorunmasız dərini zədələyir. SPF- lər dərini zərərli şüalardan qorumaq üçün idealdır. SPF in digər üstünlüyü də ondan ibarətdir ki, dərini günəşin zərərli təsirindən qorumaqla yanaşı günəş şüası dəriyə təmas etdiyi zaman yaranan D vitaminini saxlamağa kömək edir. Dərinin yanmadan tonunun tündləşməsinə kömək edir.
SPF-lər tərkibinə görə krem, yağ , maye formasında olur və tərkibinə görə bir birindən fərqlənir.
Qorunma dərəcəsinə görə SPF-lər müxtəlif olur. SPF-ləri dəri həssaslığına görə seçmək məsləhətlidir.
15 % SPF - Bu SPF lərin tərkibində qoruma faktoru aşağıdır. Daha çox dəri tonunu tündləşdirmək üçün istifadə olunur. Günəş şüasına qarşı həssaslığı olmayan və dəri tonunu tündləşdirmək istəyən xanımlar üçün idealdır. Bir çox üz kremləri 15% SPF lidir. Onlar üzü nəmləndirməklə yanaşı həm də qoruyur. Gündəlik istifadə üçün idealdır. Günəş vannası qəbul etdikdə üzə daha çox qoruma faizli SPF (50%) istifadə etmək məsləhətlidir.
30 % SPF – Bu SPF-lər dərisini günəş şüasından qorumaq və dəri tonunu tündləşdirmək istəyənlər üçün idealdır. Dərini qorumaqla yanaşı dəri tonun tündləşməyinə kömək edir. Açıq rəng və həssas dərilər üçün də istifadə oluna bilər. Dəriniz çox həssasdırsa bu zaman digər SPF lərdən (50%) istifadə edə bilərsiniz.
50 % SPF – Bu SPF lər dərini yüksək dərəcədə qorumaq üçündür. Xüsusi ilə üz və uşaq dərisi üçün istifadə edilir. Bu SPF lər dərini yüksək qorumaya malik olduğu üçün dəri tonunu tündləşməsi müşahidə olunmur. Çox həssas dərilər üçün idealdır.
SPF i bərabər şəkildə dəri üzərinə tətbiq etdikdən sonra hopması üçün bir neçə dəqiqə gözləyin. Heç bir SPF 2 saatdan çox effektiv deyildir . SPF i hər 2 saatdan bir dərinizin üzərinə yenidən tətbiq etməyiniz məsləhətdir. Suya girdikdən və tərlədikdən sonra da SPF lər yenilənməlidir.
Bundan əlavə körpələr üçün günəşdən qoruyuculardan hər gün istifadə etmək lazımdır. Çünki onların dərisi çox həssas olur.
Bir çox kremlərin və BB kremlərin tərkibində SPF 15 vardır. Bu kremlər dərini gün ərzində müəyyən qədər qorumağa kifayət edir. Əgər günəş altında çox vaxt keçirirsinizsə, onda daha yüksək faizli SPF lərdən istifadə etməyiniz məsləhətdir
Günəş şüasının dəriyə xeyiri
D vitamini sümük və dişlər üçün çox xeyirlidir. İmmunitet sistemini gücləndirir, zərərli bakteriaları məhv edir, dərinin dərin qatlarına təsir edərək qan damar sistemini təmizləyir, oksigenin toxumalara çatmasına ,əzələ inkişafına kömək edir və dəridə olan problemləri (qara nöqtə,sızanaq, ekzema ,göbələk infeksiyalarını) düzəldir .
Bunun üçün də, yay aylarında günəş vannası qəbul etmək hər kəs üçün məsləhətdir. Günəş vannası mərhələli olmalıdır.Yəni ilkin olaraq zaman interval 15-20 dəq olmalıdır.