Masaj

Filter
Masaj haqqında

Masajın bir çox faydaları vardır. Ən əsası masaj qan dövranını yaxşılaşdırı, linfa sistemini hərəkətə keçirir və  bədəndəki artıq maddələrin asan təmizlənməsinə kömək edir. Bədənin gümrah,sıx və cavan görünüşünü təmin edir. Masajın faydaları çox olduğu kimi növləri də çoxdur.

Masajın növləri:

  1. Akupressur : Nöqtələr ilə edilən masajdır. Müəyyən nöqtələr masaj olunur. Yuxusuzluq və əsəb sistemini qaydaya salır.
  2. Aromaterapi : Bu masajı edərkən şəfalı bitgilərin yağından istifadə istifadə olunur. Bu yağlar digər yağlara nisbətən daha tez dəriyə hopur və nətivələri çox yaxşıdır. Xüsusi ilə gözəllik üçün edilən bir masaj növüdür.
  3. Bağ toxuması masaji : Daha çox miqreni olan insanlar üçün istifadə olunur və ağrını aradan qaldırır.
  4. Champissage (Baş masajı) : Bu masajı edərkən xüsusi yağlardan istifadə olunur. Göz,baş, boyun və bel ağrısını aradan qaldırır. Qan dövranını yaxşılaşdıraraq yuxusuzluq və sinir sistemi ilə əlaqəli problemləri aradan qaldırır.
  5. İsveçrə masajı : Klassik masaj. Bu bütün bədən üçün istifadə olunan masaj növüdür. Bu masaj ilə qan dövranı yaxşılaşır, hüceyrələri canlandırır, əzələ gərginliyini azaldaraq yorğunluğu aradan qaldırır
  6. Lenf Drenaj : Bədəndə olan toksinləri aradan qaldırmaq üçün istifadə olunur.
  7. Refleksoloji : Bədənin refleks nöqtələrinə toxunaraq stresin azalmana kömək olur.
  8. Shiatsu : Bədənin müəyyən nöqtələrinə barmaq ilə basmaqla edilir.
  9. İsti daş terapiyası : İsidilmiş vulkanik daşlar ilə edilir. Bədənin neqativ enerjilərdən azad olmasına kömək edir.
  10. Bali masajı : Yumuşaq dərbə ilə edilən masaj növüdür.
  11. Thai masajı : Tailanddan dünyaya yayılmış bir masaj növüdür. Bu masajda dartma və çəkmə hərəkətlərindən istifadə olunur.
  12. Tuina : Çin adıyla AKUPUNKTUR adlanır. Müalicəvi masaj növüdür

GUAM kosmetika xətti, müalicəvi xüsusiyyətlərə malik böyük  sayda peşəkar kremlər və yağlar çeşidi daxil edir. Mütəmadi antiselülit masajı hətta ən irəliləmiş “portağal dərisi” effektinin öhdəsindən gəlməyə kömək edir. Masaj hərəkətləri dərialtı piyi parçalayır, qanı daha sürətlə dövr etdirir, əzələ tonusunun artmasına səbəb olur. Lakin ən təcrübəli ustanın etdiyi peşəkar masaj belə xüsusi masaj vasitələri olmadan selülitin öhdəsindən gələ bilməz. Masaj üçün yağlar dərini yumşaldır və hamarlaşdırır, dartıcı kremlər isə onun elastikliyini artırır və masaj edənə fiqur konturlarını düzəltməyə kömək edir. Yağ təbii maddələrdən ibarət olaraq ipək teksturaya malikdi. Dəyərli masaj yağları dəriyə ikiqat təsir göstərir, dərini dartır və problemli zonalara təsir edərək, yenilərinin yaranmasının qarşısını alır. Masajdan sonra dəri salğam görünür, elastik və nəmli olur. Talasso masaj yağı çox incə qoxuya malikdir dəniz esensiyası əsaslıdı, və masaj edilənə həzz hissi bəxş edir. 

  1. Bürümə üçün vasitələr antibakterial xüsusiyyətlərə və isidici effektə malik olub insanı rahatladır.

    İstifadə qaydası: tam hopdurana qədər problemli yerləri masaj eləmək. Balanslaşdırılmış formulu sayəsində yağ həm qarın həm də əllərçün yararlıdı.

    Aktiv inqrediyentlər:

    -  xırdalanmış GUAM dəniz yosunları - mikro, makroelementlərlə və minerallarla, protein və vitaminlərlə zəngindi və dərini əsl dəniz konsentratı ilə qidalandırır.

    - andiroba yağı - cənubiamerika ağacının meyvəsindən alınan yağlı bitki yağıdı.   Yağın tərkibində miristin və olein turşuları üstünlük təşkil edir, az dərəcədə - palmit və linol turşuları var. Yağ emulqasiya xüsusiyyətlərinə malikdi, dəriyə yumşaldıcı və sağaldığı təsir göstərir, əzələləri isidir və rahatlaşdırır, yığılmış yağların parçalanmasına səbəb olur, drenajı və toxumaların zahiri görünüşünü yaxşılaşdırır.
    - pambıq;

    - düyü;

    - yağlı quarana çövhəri;

    - zeytunun sabunlanmayan cövhəri;

    - vitamin E - Dərini quruluqdan, hüceyrələrin zədələnməsindən və iltihabdan qoruyur, dərinin vəziyyətini normallaşdırır, hüceyrələrin yenilənməsini stimullaşdırır, dərinin vaxtından əvvəl yaşlanmasının qarşısını alır, tromboflebitlər zamanı antikoaqulyant funksiyasını yerinə yetirir, qanda xolesterinin səviyyəsini azaldır, mübadilə proseslərini yaxlışadırır, yağların parçalanmasına vasitəçi olur.

    Bütün masaj növlərinin aparılması üçün ideal şəkildə uyğundu. Tərkibində paraben, PEG yoxdu.