Saçda kəpəyin yaranmasının səbəbi nədir ? Necə qarşısını almaq olar ?

Kəpək nədir?

Saçda kəpək problemi, saç dərisinin soyulub tökülməsindən qaynaqlanır. Hər kəsdə kəpək vardır. Saç dərimizin ən üst təbəqəsi əslində müntəzəm olaraq soyulma halındadır , çünki saç təbəqəsi müntəzəm olaraq özünü yeniləyir. İki həftədə bir saç dərisindəki hüceyrələr təbii olaraq yenilənir və kiçik , gözə görünməz hissəciklər şəklində yoxa çıxır. Lakin, bəzi səbəblərdən hüceyrə yenilənməsi prossesi sürətlənir və kəpək əmələ gəlir.

2 növ kəpək vardır

  • Quru kəpək – incə olur və çiyin , bel hissəsinə tökülür.
  • Yağlı kəpək – saç və saç dərisinə yapışır, daha qalın və geniş , sarımtıl rəngdə olur.

Kəpək yaranmasının səbəbi nədir ?

1.      Saçı kifayət qədər daramamaq

Saçları müntəzəm daramayanlar müvəqqəti kəpək problemi ilə qarşılaşa bilər. Çünki saçları daradıqda , tökülən saçlar sağlam saçlardan ayrılır. Müntəzəm daramadıqda isə həmin saçlar tökülmür və digər saçlara yapışıb qalır.

2.      İqlim dəyişikliyi

Əsasən yay aylarında düşən istilik səbəbi ilə kəpək problemi özünü göstərməyə başlayır. Eynən dərimiz kimi,  soyuq hava səbəbi ilə saç dərimiz də quruyub, tökülməyə başləyır. Buna görə, saç dərinizin tempraturunu stabil saxlamaq üçün qışda papaqlardan yayda isə şapkalardan istifadə etmək məsləhətlidir.

3.      Saçı kifayət qədər şampunlamamaq

Saçları yaxşı şampunlamadıqda, saç dibinə yığılan bakteriyalar yağlar ilə qarışır və nəticədə kəpək əmələ gəlir.

4.      Qidalanma

B vitamini, Sink tərkibli qidalara üstünlük verilməlidir.

5.      Stress

Fərq etməz, istənilən stress kəpəyin yaranmasınına təkan verə bilər.

6.      Bəzi xəstəliklər

Seborik dermatit xəstəliyi nəticəsində dəri həssaslaşır, qıcıqlanır və lazım olduqdan daha çox dəri hüceyrələri istehsal etməyə başlayır. İstehsal olunan artıq hüceyrələr ölüb tökülərkən kəpək problemi yaranır.

Kəpək probleminin həlli

Kəpəyin müalicəsi zamanı yaş və kəpək şiddəti faktoru nəzərə alınmalıdır. Bu amillər nəzərə alındıqdan sonra, dermatoloqla məsləhətləşə və onları necə müalicə edəcəyinizi öyrənə bilərsiniz. Lakin, müalicəni dəstəkləmək üçün aşağıdakı məsləhətləri də nəzərdən keçirə bilərsiniz.

1.       Düzgün şampun istifadə etmək

Qalıcı, təkrarlayan və kəskin kəpək probleminiz varsa, saç dərinizdə sebumu balanslaşdıran qalıcı kəpəyi aradan qaldırmaq üçün , mikro soyuducu təsirli şampunlardan istifadə etməyiniz məsləhətlidir.

2.       Parabendən uzaq durun

Saç dərinizi quru olması ilə əlaqədar kəpək problemi yaşayırsınızsa, tərkibində paraben olmayan şampunlara üstünlük verməyiniz məsləhətlidir. Lakin sırf kəpəyə qarşı olan şampunların tərkibindəki paraben zərərsiz olur və baş dərisini qıcıqlandırmır.

3. Saç fenninin , düzləşdirici və maşa alətlərinin istisindən qaçının.

4.Saç fiksatorlarından az miqdarda istifadə etmək məsləhət görülür.

Kəpəyə qarşı mübarizə apararkən istifadə edilən Şampun və vasitələrin təsiri çox vacidir. Keproshopda yerləşən  Purity kəpəyə qarşı şampunu ilə saçınızdakı kəpəkdən bir dəfəlik azad ola bilərsiniz. Kaypro şampunları professional tərkibə malikdirlər İtaliya istehsalıdır. Siz bu məhsulları Keproshop dükanına yaxınlaşaraq əldə edə bilərsiniz.  Ünvana ödənişsiz çatdırma da mövcuddur. Aşağıda qeyd edilən linkə keçid alaraq məhsulla yaxından tanış ola bilərsiniz.

http://www.keproshop.az/product/quotkayproquot-purifyng-anti-dandruff-shampoo-350-ml-175

http://www.keproshop.az/product/quotkayproquot-purifyng-anti-dandruff-shampoo-1000-ml-6

 

06 may 2019 9257 dəfə baxılıb