Stilistlər üçün “Koloristika” seminarı

29, 31 may və 5 iyun tarixlərində Keproshopda “Ombre və balyaj” üzrə “Boya” seminarı baş tutmuşdur. Seminar xarici texnoloq Maykl tərəfindən keçirilmişdir.

Seminarın əsas məqsədi stilistlərə yeni kürü tərkibli ammiaksız “Caviar” boyasını təqdim etmək, İColori boyası və Star Gazer tonikləri ilə rəngarəng çalarların necə alınmasını göstərmək idir. Seminarda Caviar boyasının ağ saçları necə qapatması, boyalar ilə toniklərin hansı proporsiyada və necə qarışdırılması, boyanma zamanı saçları qorumaq üçün hansı məhsulların istifadə olunması haqqında məlumat verilmişdir.

Seminarın proqramına daxildir:
1) Caviar boyası haqqında məlumat
2) Model üzərində boyaların istifadə qaydası
3) Caviar boyası ilə ağ saçların boyanması
4) Boyama zamanı yaranmış xoşagəlməz tonların aradan qaldırılması
5) İcolori boyası ilə Stargazer tonikinin qarışdırılma qaydaları
6) Boyama zamanı istifadə edilməsi mütləq olan məhsullar və boyalı saçların baxımı haqqında tövsiyyələr

29 may 2018 283 dəfə baxılıb