Stilistlər üçün “Koloristika” seminarı

1 və 2 iyun tarixində Hyatt Regency “Bakı” zalında “Koloristika” seminarı baş tutmuşdur. Seminar professional “Kaypro” brendinin texnoloqu, koloristi və təlimçisi olan Anna Kuznetsova tərəfindən keçirilmişdir.

Seminara “Keproshop” ilə əməkdaşlıq edən stilistlər dəvət olunmuşdular. Seminarın əsas məqsədi Kaypro brendinə aid olan İcolori, Kay Color, Super Kay və Caviar boyalarının bir birindən fərglərini və xüsusiyyətlərini izah etmək və yeni Kay Direct toniklərinı təqdim etməkdir. Eyni zamanda ağ saçların necə və hansı proporsiyada qapanması, açıcı tozlar ilə istifadə qaydaları, boya zamanı yaranan xoşagəlməz sarı və qırmızı piqmentlərin necə aradan qaldırılması və düzgün tonlaşdırılma haqqında məlumat verilmişdir.

Seminarın proqramına daxildir:

1) İcolori, Kay Color, Super Kay və Caviar boyaları haqqında məlumat
2) Ammiaksız Caviar boyası ilə ağların qapanması
3) Yeni Kay Direct toniklərinın istifadə qaydası və saçların tonlaşdırılması
4) Model üzərində boyaların istifadə qaydası
5) Color_mask ilə saçların tonlaşdırılması
6) NoYellow və No Orange seriyaları ilə xoşagəlməz sarı və qırmızı piqmentlərin aradan qaldırılması
7) Saçları açan və eyni zamanda boyayan Bleach & color pastaları haqqında məlumat və istifadə qaydaları

Seminarda iştirak edən stilistlər Anna Kuznetsova tərəfindən sertifikatlar ilə mükafatlandırılmışdılar.

01 iyun 2019 205 dəfə baxılıb