Yağlı saçlara qulluq. Saçlarım niyə tez yağlanır və yağlı saçlara nece qulluq etməliyəm?

Saç dərimizin altında hər bir saç telinə bağlı , üzüm dənələrinə bənzəyən yağ kisəcikləri mövcuddur. Yağ kisəcikləri hər gün, müəyyən miqdardan sebum adı verilən turşular ilə zəngin yağ ifraz edir. Sebum xüsusi ilə saçlı dərinin PH (nəmlilik) səviyyəsini qaydaya salaraq, başdərisini xəstəlik törədə biləcək bakteriya və mikroblardan qoruyur, dərinin müdafiyə funksiyasını gücləndirərək saç dərisini nəmləndirir. Sebum eyni zamanda daha qısa və düz saçlarda saç telinin ətrafını örtərək saçın daha parlaq görünməsinə kömək olur. Saç üçün təbii qoruyucu və formalaşdırıcıdır.

Uşaqlıq dövründə daha az aktiv və kiçik formada olan yağ kisəcikləri , ərgənlik dövründə hormonal  dəyişikliklər ilə bağlı genişlənir və aktivləşir. Yağlı saçlar ilə bağlı problem ilk gənclik illərində daha çox yayqın olur.

Sebum dediyimiz yağ, androjen adında hormonun idarəsi altındadır. Saçda olan yağlılıq hamiləlik ərəfəsində, ərgənlik ərəfəsində, müəyyən dərmanların tətbiqi ərəfəsində və s.  daha da çoxala bilər.

İdmandan sonra tərləmədən, hava çirklənməsindən (duman,toz, yağış və s. ) saçlar yağlanıbsa , bu zaman saçları çirkdən dərindən təmizləmək lazımdır. Yağlı saçlar üçün olan şampunlar digər şampunlara nisbətən saçları dərindən təmizləyərək, onların daha canlı və həcmli görsənməsini təmin edir.

Kişilərin saçları qadınlara nisbətən daha çox yağlanır. Yağlı saçlar üçün nəzərdə tutulan keyfiyyətli şampunlar saçda olan PH səviyyəsinə (nəmlilik) zərər vermədən saçları dərindən təmizləyir. Saç köklərində olan piy vəzlərinin ifraz etdiyi sebum saçın teli boyunca yayılsada, onların içinə nüfuz etmirlər. Saçı nəmli, elastik və sağlam edən saçın ustundeki yağ deyildir, sac telinin içindıki su miqdarı və saçın suyu saxlaya bilmə tutumudur.Saçlarının daha sağlam olmasını istəyən xanımlar, saçları nəmli ikən baxım kremi, serum, və s. istifadə edərək saçda olan nəmliliyi saç telinə germetikləşdirərək, zədələnməsinin və saç qıranların yaranmasının qarşısını ala bilərlər.

Yağlı saçların yağ ilə bəsləndiyi düzdürmü ?

Xeyr, düzgün deyil. Saç dərisində yağın əsas vəzifəsi saç dərisini nəmli tutmaq və dərinin müdafiə funksiyasınl artırmaqdır. Əlbəttə, dərinin müəyyən faiz yağlı olmalıdır , əgər saç dərisi çox quru deyilsə gündəlik ifraz olunan sebum baş dərisini nəmləndirmək üçün kifayətli olmalıdır. Lakin dalğalı, qıvırcıq və boyalı saçlarda sebum saç gövdəsinə qədər enmir. Buna görə çox vaxt bu tip saçların ucları quru, dibi isə yağlı olur.

Saçlar yağlansın deyə saçı günlərnən yumayıb tam yağlanmasını gözləmək də doğru deyildir.

Yağlı saçları yuyarkən və formaya salarkən diqqət etmək lazımdır

  1. Saçı yuyarkən masaj etmək .
  2. Çox isti su ilə saçları yumamaq.
  3. Saçları tez-tez daramamaq .
  4. Saçlar isti fen ilə yox ilıq fen istiliyi ilə qurudulmalıdır.

Yağlı saçlar tez-tez yuyulmalıdırmı ?

Xeyr, saçları tez-tez yuduqda onlar daha çox yağ ifraz edərək daha tez yağlanmağa başlayır. Saçlarınızı hər gün yuyursunuzsa, bu aralığı yavaş-yavaş 2 günə, daha sonra 3 və 4 günlərə salın. Görəcəksiniz ki, saçlarınız get gedə bu vəziyyətə öyrəşir və daha az yağlanmağa başlayır. Saçınız yağlıdırsa , bunun üçün xüsusi yağlılığa qarşı şampunlardan və vasitələrdən istifadə etməlisiniz ki, yağlılıq zamanla azalsın. Yağlılığa qarşı şampun və vasitələr baş dərisini qıcıqlandırmadan , onu təmizləyir və balanslaşdırır. Keproshopda yerləşən BALANCE yağlılığa qarşı şampunu ilə saçınızdakı yağlılıqdan bir dəfəlik azad ola bilərsiniz. Kaypro şampunları professional tərkibə malikdirlər. Ünvana ödənişsiz çatdırma mövcuddur. Aşağıda qeyd edilən linkə keçid alaraq məhsula baxa bilərsiniz. 

http://www.keproshop.az/product/sebum-control-shampoo-greasy-scalp-and-hair-350-ml-242

http://www.keproshop.az/product/sebum-control-shampoo-greasy-scalp-and-hair-1000-ml-243

 

 

01 may 2019 679 dəfə baxılıb