Baza

Alt menular və Filter

Baza haqqında

Geniş məlumatlar

Bəzən isə  dırnaqlar tez-tez qırılır və soyulur.  Həftədə bir - iki dəfə edəcəyiniz baxımla bu problemlərdən xilas olaraq  güclü dırnaqlara sahib olmaq olar. Dırnaqların parçalanması və qırılmasının səbəbləri vitamin və mineral çatışmazlığı ola bilər. Qadınlar üçün dırnaq və saçların vəziyyətini yaxşılaşdıran xüsusi vitamin kompleksləri vardır. Onlardan istifadə etmək lazımdır. Tərkibində keramidlər, vitaminlər və s. olan xüsusi yağlardan istifadə etməklə dırnaqlara yaxşı qulluq etmək olar. Əgər güclü dırnaqlara sahib olmaq istəyirsinizsə əvvəl səthini baxım üçün hazırlamalısınız. Ardından dırnaq səthini bu iş üçün xüsusi hazırlanmış 3 üzlü yumşaq törpülərlə yaxşıca təmizləyin.
Dırnaqlarınızı üzərinə kalsium ya da keratin baxımından zəngin bir qoruyucu krem tətbiq edə bilərsiniz. Bu krem həm dırnaqlarınızı bəsləyəcək, həm də onları çöldən gələcək bütün mənfi faktorlara qarşı qoruyacaq.Dırnaq markanızı tez tez dəyişirsinizsə,çox siqaret çəkirsinizsə,dırnağınız vitaminsiz və havasız qalırsa bu zaman dırnaq saralması meydana gələ bilər. Saralan dırnaqlar çox tez qırıla bilir. Bunun  qarşısını almaq üçün dırnaq üçün olan xüsusi  yağlarından istifadə etmək lazımdır. Kutikulanın dırnağı infeksiadan qoruduğunu düşünsək onu qətiyyən kəsmək olmaz. Dirnaq dibində olan kutikulu   özünüz də evde təmizləyə bilərsiniz. Bunun üçün xüsusi vasitələrdən istifadə etmək lazımdır.Qadınların baxımlı və gözəl görünüşünü ilk növbədə əlləri və manikürlü, təmiz, boyanmış dırnaqları tamamlayır. Odur ki, əziz xanımlar, əllərinizə və dırnaqlarınıza biganə qalmayın.