Stilistlər üçün “Koloristika” təlimi

Keproshop-da 01.05.17 – 12.05.17 tarixlərində professional stilistlər üçün “Koloristika” təlimi baş tutmuşdur. Təlim İtaliyanı Azərbaycanda təmsil edən texnoloq Emil Bağırov tərəfindən keçirilmişdir.
Təlimin əsas məqsədi stilistlərə İtalyan məhsulu olan İColor boyasının tərkibini, başqa boyalardan üstünlüyünü, xüsusiyyətlərini və onunla istifadə qaydalarını izah etməkdir. Təlimdə xoşagəlməz çalarların mikstonlarnan necə aradan qaldırılması, ağ tüklərin asanlıqla qapanması, oksidantların funksiyalarını və saçların düzgün şəkildə tona-ton rənglənməsi haqqında məlumat verilmişdir. Stilistlərin əsas problemlərindən biri olan boyaların saçlardan tez axma səbəblərinədə aydınlıq gətirilmişdir.

Təlimin proqramı:
1) Koloristikanın təməli
2) “İcolor” boyası və onun xüsusiyyətləri
3) Ağ saçların boyanması
4) Boyanın qalıcılığı və boyalı saçların baxımı haqqında məsləhətlər
5) Boyama zamanı yaranan problemlərin necə aradan qaldırılır
6) Model üzərində boyaların istifadəsi
Təlimin proqramı əsasına uyğun olaraq imtahan keçirilmişdir və imtahanı uğurla başa vuran stilistlər sertifikatlar ilə mükafatlandırılmışdırlar.

12 may 2017 1227 dəfə baxılıb